33ec1f81-d6b9-4a35-99c8-0a9199f41086..jpg

Ekspert: “Fransa Qarabağdakı hadisələri yersiz olaraq “etnik təmizləmə” adlandırır”

Baxış sayı: 672 dəfə baxılıb.

Ekspert: “Fransa Qarabağdakı hadisələri yersiz olaraq “etnik təmizləmə”
adlandırır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fransa hökumətinin Qarabağın erməni əhalisinə münasibətdə “etnik təmizləmə”
ifadəsini işlətməsi həqiqətə uyğun deyil və bu, sentyabrda Azərbaycanın bu
bölgəsində baş verənlərlə bağlı reallıqları əks etdirmir”.

“Report” xəbər verir ki, bunu Fransanın “Kernews” radiosuna müsahibəsində
tarixçi, ADA Universitetinin müəllimi Maksim Quen deyib.

Onun sözlərinə görə, rəsmi Parisin etibarlı məlumat mənbələri yoxdur və onun
ermənilərin Azərbaycanın Qarabağ bölgəsini tərk etməyə məcbur edilməsi ilə
bağlı açıqlamalarının səhv olduğunu hətta ən kiçik faktlarla belə sübut etmək
olar.

O əlavə edib ki, Qarabağı tərk edən ermənilərin təhdid olunmasına və ya buranı
tərk etməyə məcbur edilməsinə dair heç bir real, inandırıcı sübut yoxdur:

“Əksinə, Azərbaycan hökuməti bir gündən də az davam edən lokal antiterror
tədbirlərindən əvvəl də, sonra da onların qalması ilə bağlı çağırışlar edib.
Əslində, bu tədbirlər separatçı qüvvələrə qarşı yönəlib. Odur ki, ermənilərin
bu ərazini tərk etməsinə səbəb olacaq hadisə baş verməyib. Bunu ermənilərin
açıqlamaları da göstərir”.

M.Quen azərbaycanlılarla ermənilərin qarşılıqlı hörmət və sülh şəraitində
yaşaya bilmə ehtimalının yüksək olduğunu da vurğulayıb:

“Bu mənada, Bakı və Gəncədə yaşayan 36 min erməniyə daha çox diqqət
yetirilməlidir. Hesab edirəm ki, Azərbaycanda erməni icması yaratmaq və bu
icmanın bir və ya bir neçə nümayəndəsini azad edilmiş ərazilərdə məsul
vəzifələrə təyin etmək lazımdır. Bu məsələ Qarabağda qalan erməniləri həmin
ərazini tərk etməməyə, gedənləri isə geri qayıtmağa təşviq edə bilər. Bundan
başqa, etnik ermənilərin geri qayıtmasını təşviq etmək üçün artıq digər
tədbirlər görülüb. O cümlədən fermerlərin yenidən Azərbaycan vətəndaşı olması
üçün yardım və vergi güzəştləri təklif olunub. Amma çox güclü nifrət hissinə
son qoymaq üçün Ermənistan tərəfinin əlavə səylərinə ehtiyac var. Xatırladaq
ki, Ermənistandan vaxtilə etnik azərbaycanlılar qovulmuşdu”.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan əksəriyyəti Kremlə
sıx bağlı olan ekstremistlər tərəfindən devrilmək qorxusu ilə yaşayır:

“O, həyatına, hakimiyyətinə təhlükə yaratmadan sülh sazişini imzalamaqla bağlı
məqama necə çatacağını düşünür”.

Bakı ilə Paris arasında münasibətlərdən bəhs edən tarixçi deyib ki, hazırda
onlar arasında ciddi kommunikasiya problemi var və bunun həlli böyük səy tələb
edir:

“Fransa tərəfi yalnız özlərini təmsil edən və Ermənistan hökuməti ilə açıq
münaqişədə olan ekstremist qruplara qulaq asmağı dayandırmalıdır”.

M.Quenin fikrincə, Bakı ilə Paris arasında münasibətlərdəki böhran Fransa
hökumətinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması
prosesinə, həmçinin Cənubi Qafqaz regionundakı vəziyyətə düzgün yanaşmaması
səbəbindən yaranıb:

“Fransa Ermənistanı Rusiya və İranın hərbi asılılığından çıxarmağa çalışır.
Lakin fransız diplomatlar bəzi bəyanatları səsləndirməmişdən əvvəl nəzərdən
keçirməlidir. Məsələn, Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistana
səfəri zamanı rəsmi Parisin İrəvanı dəstəklədiyini və bu ölkəyə silah
satacağını bildirib. Lakin o, Praqada olduğu kimi, Fransa və Ermənistanın ərazi
bütövlüyünə qarşılıqlı hörmət əsasında sülh tərəfdarı olduqlarını bildirsəydi,
daha düzgün olardı. Əgər o, “sülh sazişi imzalanandan sonra biz Ermənistana
Rusiyadan asılı olmaması üçün silah satmağa hazırıq” desəydi, bu, Bakıda heç
kəsi şoka salmazdı”.

Source link