Ekspert: Kiyev MDB xaricində Bakıya iqtisadi cəhətdən əlverişli olacaq

Ekspert: Kiyev MDB xaricində Bakıya iqtisadi cəhətdən əlverişli olacaq

Baxış sayı: 6. 140 dəfə baxılıb.

Rəsmi Kiyevin MDB-nin tərkibindən çıxması Azərbaycan və Ukrayna arasındakı ikitərəfli, həmçinin iqtisadi sahədə münasibətə təsir etməyəcək. 

Bu barədə iqtisadi ekspert Fuad Əlizadə ÇıxışYolu.Com-a müsahibəsində deyib.

Onun sözlərinə görə, son zamanlar iki ölkə arasındakı əməkdaşlıq nəinki hər hansı bir alyansın, həm də ikitərəfli aspektdə sürətlə inkişaf edir.

“İlk növbədə söhbət neft məhsullarının Ukraynaya çatdırılmasından, müxtəlif ticarət əlaqələrindən və s. gedir. Düşünürəm ki, Azərbaycan və Ukrayna bundan sonra iqtisadi sahədə daha da fəal əməkdaşlıq edəcək”, – deyə iqtisadçı qeyd edib.

Müsahibimiz həmçinin Ukraynanın MDB-nin tərkibindən çıxması iki ölkə arasında mövcud olan vizasız rejimə təsir edəcəyini düşünmür.

“Təbii ki, ölkələrimiz arasında logistika biraz çətinləşəcək. Bundan sonra Azərbaycandan Ukraynaya və əksinə göndərilən mallar yalnız Gürcüstan ərazisindən keçəcək. Məlum olduğu kimi, əvvəllər bunu hər bir MDB ölkəsi vasitəsilə etmək olardı”, – deyə F.Əlizadə bildirib.

O, əlavə edib ki, Ukrayna həmçinin Azərbaycanın iştirak etdiyi, xüsusən də TRASEKA və Şimal-Cənub nəqliyyat dəhlizlərinə maraq göstərir. 

“Əczaçılıq sənayesi və turizm sahəsində Bakının Kiyevlə əməkdaşlığına gəldikdə, düşünürəm ki, heç bir problem olmayacaq.

Azərbaycan hazırda tikinti və yerli əczaçılıq müəssisələrinin birgə istismarı təklifini nəzərdən keçirirlər. Bu məsələ üçüncü ölkələrin investisiyasını tələb edir.

Ola bilsin ki, məhz Ukrayna həmin ölkəyə çevriləcək”.

O, əmindir ki, bizim ölkələrimiz Ukraynanın MDB-nin tərkibindən çıxmasından sonra, ticarət əməkdaşlığımızı inkişaf etdirmək üçün bütün lazımi tədbirləri görəcəklər.

Əli Məmmədov

www.ÇıxışYolu.Com