İqlimin dəyişməsi, temperaturun kəskin qalxması dünyanın bir sıra regionlarında quraqlığa gətirib çıxara bilər.
Bunu Azərbaycanın Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov ÇıxışYolu.Com-a açıqlamasında deyib.
Onun sözlərinə görə, qışda qarın azalması torpaqda içməli suyun defisitinə, həmçinin külək eroziyasına səbəb ola bilər.
“Torpağın rütubətliliyi 30-40%-ə qədər aşağı düşüb, bu isə məhsuldarlıq üçün kifayət deyil. Bu, müəyyən ərzaq probleminə zəmin yarada bilər”, – ekoloq bildirib.
Qeyd edək ki, yaz quraqlığı erkən toxum becərilməsi üçün xüsusən təhlükəlidir. Quraqlıq iqtisadiyyata, yoxsulluğun səviyyəsinə və qidalanmaya ciddi təsir göstərir.
Əli Məmmədov
www.ÇıxışYolu.Com