Ekspert: Paşinyan Rusiya diplomatiyasını zərbə altında qoyur

Baxış sayı: 2. 405 dəfə baxılıb.

Ekspert: Paşinyan Rusiya diplomatiyasını zərbə altında qoyur

Ermənistanda hakimiyyətə Nikol Paşinyanın gəlişindən sonra Rusiya ilə Ermənistan münasibətlərində müəyyən soyuma hiss olunur. Rusiyanın siyasi “istebleşment”i Ermənistanın yeni siyasi elitasına etibar etmir. Dmitri Medvedev və Nikol Paşinyan arasında keçirilən son görüş bunun bariz nümunəsidir.

Rusiyalı politoloq Aleksey Fenenko ÇıxışYolu.Com-a verdiyi müsahibədə Rusiya ilə Ermənistan arasında münasibətlərin cari səviyyəsi, həmçinin, Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud olan situasiya ilə bağlı danışıb.

Bu yaxınlarda Paşinyanla Medvedev arasında görüş keçirildi. Sizcə, ümumilikdə Rusiya Ermənistanın yeni hakimiyyətinə necə münasibət bəsləyir?

– Rusiyada Ermənistandakı yeni hakimiyyətə ehtiyatla yanaşırlar. Ötən il ərzində Moskva rəsmi Yerevandan bir dostyana jest belə görməyib. Paşinyan vaxtaşırı Rusiya ilə tərəfdaşlıq və dostluqdan dəm vurur.

Bununla belə, Ermənistan NATO ilə tərəfdaşlıq üzrə bütün proqramları qoruyub saxlayır və onların genişləndirilməsi ilə bağlı danışıqlar aparır. Ermənistanın və Avropa İttifaqı arasında 2017-ci ilin dekabr ayında imzalanmış assosiasiya haqda müqavilə hələ də qüvvədədir və bu sənəd öz növbəsində  Avrasiya İqtisadi Birliyi çərçivəsində qəbul olunmuş vahid gömrük tarifləri üzrə siyasətlə ziddiyyət təşkil edir.

Ermənistan ötən ilin sentyabr ayından etibarən faktiki olaraq KTMT-nin işinə əngəl yaradır. Artıq Belarus və Qazaxıstan tərəfləri də bununla bağlı narazılıq ifadə edib.

Baş nazir Paşinyan vaxtaşırı Avropa İttifaqı (əksəriyyəti NATO üzvləri olan) ölkələrinə baş çəkərək, onların Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirakının genişləndirilməsi ilə bağlı və ya sadəcə Ermənistanla hərbi tərəfdaşlıq üzrə danışıqlar aparır. Moskva isə bundan narahatdır, onlar Paşinyanın Ermənistanın siyasi kursunu tamamilə Qərb istiqamətində yönləndirəcəyindən, sonuncunun isə Yerevanın anti-Rusiya strategiyasına xeyir-dua verəcəyindən ehtiyat edir. Maraqlı bir məqam: Ermənistanın yeni hakimiyyəti haqda söz açmışkən, ekspertlər əsas diqqəti baş nazir Paşinyanın fiquruna yönəldir. Halbuki prezident Sarkisyanın fiquru bir növ kölgədə qalır.

Bu arada, rəsmi bəyanatlarına nəzər salsaq, Sarqsyan Paşinyanla müqayisədə daha qərbyönümlü mövqe tutur. Düzdür, Ermənistanda prezident səlahiyyətləri azaldılıb, bununla belə, bütövlükdə bu fiquru diqqətdən kənarda qoymaq düzgün deyil. Başqa sözlə desək, Paşinyan, erməni isteblişmentində Rusiya üçün heç də ən naqolay tərəfdaş deyil. Bu problemli mövzuları Paşinyan nədənsə Medvedevlə keçirdiyi görüşdə müzakirə etmək istəməyib. Bu özlüyündə həyəcanlı simptomdan xəbər verir.

Problemin həllindən uzaq durmağa çalışmaq, tərəflərdən birinin digərini artıq  tamdəyərli tərəfdaş hesab etmədiyi anlamına gəlir. Buna bənzər bir hal Yanukoviçin prezidentliyi dövründə Rusiya-Ukrayna münasibətlərində də müşahidə olunub. Problemlər həllini tapmır, daha da dərinləşir.

Moskva belə bir şəraitdə Yerevanın Avrasiya İqtisadi Birliyinin sıralarını tərk edəcəyindən ehtiyat edir. Belə bir gedişat yeni yaranmış təşkilata ağır zərbə olar. Kreml eyni zaman Ermənistanın hərəkətlərinin KTMT-nin təməllərini sarsıda biləcəyindən ehtiyat edir. Ölkə bundan əvvəl də dediyim kimi, KTMT-nin işini əngəlləyir.  

– Əliyevlə Paşinyan arasında Vynada keçirilən görüşdən sonra Qarabağ münaqişəsinin nizamlanacağına hər hansı şans varmı?

– Hələ ki bu görüşlərin nəticələri məndə böyük speksis (hər hansı şeyə son dərəcə inamsız münasibət – red.) yaradır. Baş nazir Paşinyan daima Qarabağ münaqişəsinin nizamlanma yollarından söz açır. Hansısa yolları axtarmaq nəyə lazımdır axı? 2016-cı ilin iyun ayında Peterburqda Rusiyanın vastiəçiliyi ilə münaqişənin sülh yolu ilə nizamlanması üzrə ilkin addımlardan ibarət plan razılaşdırılıb. Söhbət xüsusilə Qarabağ ətrafı yeddi (2+5 formulası ilə) Azərbaycan rayonunun hərbsizləşdirilməsindən gedir.

Altında Ermənistanın imzası olan bu plan niyə də gerçəkləşdirilməsin? Paşinyan özünü elə aparır, sanki belə bir plan heç olmayıb. Bir halda ki, Yerevan onunla razılaşmış, imzanı geri götürüb, razılaşmadan imtina etməlidir. Yox, əgər Paşinyan onunla razılaşırsa, onun Qarabağ problemi üzrə yeni sənəd ərsəyə gətirmək üçün nə üçün ABŞ və Fransa ilə danışıqlar aparması aydın deyil. Beləcə zərbə altında Rusiya diplomatiyası qalır: çünki Ermənistan Rusiyanın KTMT üzrə müttəfiqi ola-ola Moskvanın vasitəçiliyi ilə münaqişənin nizamlanmas üzrə hazırlanmış plana məhəl qoymur.

– Əksər ekspertlər hesab edir ki, prosesdə hər hansı irəliləyiş olmasa, münaqişə daha da kəskinləşəcək. Sizcə bu nədərəcədə mümkündür?

– Hələ ki, Dağlıq Qarabağda hərbi münaqişə perspektivi o  qədər də böyük deyil. Ancaq perspektiv olaraq belə bir variantı istisna etmək olmaz. Paşinyan danışıqlar prosesinə qondarma “Dağlı Qarabağ hökuməti”dən nümayəndə heyətinin qoşulmasına israr edir, bu isə Azərbaycan üçün yolverilməzdir. Bu danışıqlar prosesinin iflasına səbəb olsa, təmas xəttində yeni toqquşmaların meydana gəlməsinə yol aça bilər.

 Ermənistanda  çoxları KTMT-nin 2016-cı ilin oktyabr ayında Yerevanda keçən sammitində qəbul olunmuş qərarından narazıdır. Belə ki, həmin sənədə göə, KTMT-in təhlükəsizlik qarantları (???zəmanətləri???) yalnız Ermənistan Respublikasına şamil olunur, Dağlıq Qarabağa yox (Yeri gəlmişkən bu məqam 2018-ci ilin may ayınd Ermənistanda “rəngli inqilaba” təkan vermiş nüanslardan olub). Paşinyan hökuməti NATO ilə hərbi əməkdaşlığın inkişaf etdirilməsi hesabına situasiyanın balanslaşdırılması, hətta ABŞ-ın simvolik (hərbi) iştirakı variantını nəzərdən keçriri. Ancaq bu Türkiyə və İran üçün yolverilməzdir, Rusiy üçün də təhlükəlidir, KTMT-nin qorunub-saxlanılması perspektivi baxımından.