Ekspert: Paşinyan uğurlarına görə İlham Əliyevə borcludur

Ekspert: Paşinyan uğurlarına görə İlham Əliyevə borcludur

Baxış sayı: 2. 390 dəfə baxılıb.

İctimaiyyəti məyus etmək istəməsəm də, görünür, Ermənistanın gələcək lideri Paşinyan Sarkisyanın xəstəliyindən əziyyət çəkir, buna görə də Ermənistan – Azərbaycan düşmənçiliyi hələ uzun müddət davam edəcək. 

Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında “Baku Network” ekspertlər birliyinin rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

“Baş nazir olmamış Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib: “Bu məsələ ilə bağlı böyük amplituda yoxdur, çünki Azərbaycan rəhbərliyinin ritorikası münaqişənin real həllinə kömək etmir.

Respublika Partiyasının istənilən üzvü üçün zaman-zaman Ermənistanın ərazisinə qarşı təcavüzkar hərəkətlər etmək təhlükəsi yaradan ölkə nümayəndələri ilə danışıqlar aparmaq çətindir. Minsk qrupunun nümayəndələri və beynəlxalq ictimaiyyət razılaşmalıdılar ki, bu şərtlər altında danışıqlar aparmaq mümkün deyil”. 

Ələsgərovun fikrincə, Paşinyan Ermənistanın müstəqilliyinin itirilməsinə rəvac verən və Qarabağ məsələsini dalana dirəyən eyni “mahnını oxuyur”.

Ekspert: Paşinyan uğurlarına görə İlham Əliyevə borcludur

“Fakt olaraq qalır ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində olduğu zaman burada 150 min erməni yaşayırdı. İşğaldan sonra bu rəqəm 50 minə enib. Bu, Tofiq Bəhramov adına Respublika stadionundakı izləyici sayı deməkdir.

Əgər Paşinyan bir milyon azərbaycanlının etnik təmizlənməsini “görmək” istəmirsə, heç olmasa, öz həmyerlilərinə yazığı gəlsin. Tarix ona bu insanların xilas olması və mehriban qonşuluq siyasəti üçün şərait yaradıb”, – ekspert deyib. 

O bildirib ki, Paşinyan Azərbaycanın jestini qiymətləndirməyib. Belə ki, rəsmi Bakı Ermənistandakı qarışıqlıqdan istifadə etməyib. 

“Görünür, Paşinyan gələcəyi görən adam deyil və onun dedikləri buna əyani sübutdur.

Yeri gəlmişkən, Paşinyan xalqın Sarkisyandan narazı qalmasında İlham Əliyevə borcludur. Məhz İlham Əliyevlə görüşündə Sarkisyanın bacarıqsızlığı aşkar görünürdü. Bunu başa düşmək çətin deyil… ”, – politoloq əlavə edib.

Əli Məmmədov
www.ÇıxışYolu.Com