Ekspert: Qarabağla bağlı ideal təklif vardı - VİDEO

Ekspert: Qarabağla bağlı ideal təklif vardı – VİDEO

Baxış sayı: 2. 672 dəfə baxılıb.

Nəzəri cəhətdən Qarabağ münaqişəsinin nizamlanması mümkündür. Ancaq regiondankənar qüvvələrin münaqişəyə qarışması ilə həll prosesi bir neçə istiqamətə gedir. 

Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında Rusiyanın Elmi Tədqiqatların Dəstəklənməsi Fondunun ekspert şurasının sədri Qriqori Trofimçuk deyib. 

“Çox təəssüf ki, biz bu məsələnin sülh yolu ilə həll olunmadığını görürük. Aprel müharibəsinə qədər münaqişənin sülh yolu ilə həlli prosesindən danışılırdı, ancaq bu hadisədən sonra məlum oldu ki, danışıqlar əsassızdır. 

Artıq iki ildir ki, danışıqlar prosesinin yeni mərhələsi gedir. Açığını desək, bunlar Azərbaycanı qane etmir. 

Bakı aprel döyüşlərindən sonra danışıqlar prosesində müəyyən dinamika nəzərdə tutmuşdu və ya bunlar konkret sxemlə başa çatmalı idi. 

Ancaq, çox təəssüf ki, bu, konkret nəyəsə gətirib-çıxarmadı. 

Biz bilirik ki, 2016-cı il aprel döyüşlərindən sonra 2017-ci ilin fevral, may və iyun aylarında da cəbhədə güclü toqquşmalar baş verib. Orada hər iki tərəfdən, o cümlədən Azərbaycanda dinc əhali arasında itkilər olub”, – ekspert deyib. 

Trofimçukun sözlərinə görə, Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi özünü tamamilə tükədib və vəziyyət bu gün yeni müharibənin astanasındadır. 

“2014-cü ildə Ukraynadakı hadisələrdən əvvəl biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid bəsləyirdiksə, gərginliyin artması fonunda ümumilikdə münaqişələrin sülh yolu ilə həlli barədə danışa bilmərik”, – politoloq qeyd edib. 

O bildirib ki, Azərbaycan baş verənləri ağılla qiymətləndirir: 

“Əgər Yaxın Şərqdəki qeyri-stabillik artsa, ABŞ İrana qarşı siyasətini eyni ssenari ilə davam etdirsə, bu xaos Cənubi Qafqaza da təsir edə bilər. Burada isə Ermənistanın qeyri-stabilliyi və Qarabağ münaqişəsi var”. 

“Azərbaycan ekspertlərinin diqqət yetirmədiyi, ancaq kənardan görünən bir vacib detalı qeyd etmək istərdim. 

İş burasındadır ki, Sovet ittifaqı dağıldıqdan sonra, onu göydələnə bənzətsək, görərik ki, bu hündürmətbəli binadan əsər-əlamət qalmayıb. 

Hazırda sovet məkanının yenidən bölüşdürülməsinin vaxtıdır. İndi daha sərt və ciddi formada bu bölüşdürülmə getməlidir. Nə vaxtsa bolşeviklər tərəfindən cızılmış sərhədlərdən başlamaq lazımdır. Bu vəziyyətdə Azərbaycan Qarabağı qaytara biləcəkmi? Bunu zaman göstərər”, – o əlavə edib. 

Politoloqun fikrincə, Azərbaycan müharibə ilə torpaqlarını qaytarmağa hazırdır, ancaq reinteqrasiya ilə sülh və iqtisadi yollarla məşğul olmaq lazımdır. 

Ekspert: Qarabağla bağlı ideal təklif vardı - VİDEO

“Mənim 2014-cü ildən Qarabağ probleminin həlli üçün ideal variantım var. Rusiyanın vasitəçiliyi ilə Qarabağın istənilən rayonu qeyri-şərtsiz Azərbaycana qaytarılır. Hansı rayonunun qaytarılmasının fərqi yoxdur. 

Həmin rayonun reinteqrasiya üçün müəyyən müddət təyin edilir. Bu rayondan olan qaçqınlar öz doğma torpaqlarına qayıdır. 

Azərbaycan bütün dünyaya və bu rayonda yaşayan insanlara həyat şəraitinin qısa müddətdə necə yaxşılaşdırıldığını göstərir.  

Bundan sonra digər rayonlar da Azərbaycana qaytarılacaq. 

İnsanlar döyüşmək istəmir və onlar buradakı dinc həyatı gördükdə, qalan ərazidəki əhali də belə həyatı istəyəcək. Ancaq təəssüf ki, bu yol 2014-cü ildə real idi. İndi bu mümkün deyil”, – Trofimçuk bildirib. 

O əlavə edib ki, müasir reallıqlar dəyişib. 

“Ermənistandakı vəziyyət qeyri-stabildir. Yerevanda Məxməri İnqilab başlanan kimi dedim ki, bu ölkədə inqilab olacaq. Çünki dünyanın yeganə ölkəsidir ki, 1999-cu ildə bütün parlamentin üzvləri güllələnib. 

Əgər Azərbaycan baş verənləri düzgün qiymətləndirsə, bir neçə istiqamətdə uğur qazana bilər”, – eskpert qeyd edib. 

Əli Məmmədov
VİDEO: Elnur Uğur

www.ÇıxışYolu.Com