0a5e3639-c6aa-46f3-bfab-9c5f0aff10d0..jpg

Ekspert: “Rusiya ilə Ermənistan arasında münasibətlər mürəkkəb olaraq qalır”

Baxış sayı: 560 dəfə baxılıb.

Ekspert: “Rusiya ilə Ermənistan arasında münasibətlər mürəkkəb olaraq qalır”

“Rusiya ilə Ermənistan arasında münasibətlər kifayət qədər mürəkkəb olaraq
qalır”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Siyasi və İqtisadi
Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixail
Neyjmyakov bildirib.

“Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda verdiyi müsahibəni
xatırlamaq olar, burada o, diqqəti müxtəlif güc mərkəzlərinə yönəltməyin
zəruriliyi fikrini ifadə etmişdi”, – ekspert qeyd edib.

O bildirib ki, Ermənistanla ABŞ arasında birgə hərbi təlimlərin keçirilməsi
gözlənilən idi:

“ABŞ tərəfinin iştirakı ilə Ermənistanda birgə hərbi təlimlərin keçirilməsi,
şübhəsiz ki, Moskvada ruh yüksəkliyi yarada bilməz. Biz Rusiya rəsmilərinin
bununla bağlı narahatlığını gördük”.

Onun fikrincə, İrəvanın bu addımı Moskva üçün sürpriz olmadı. Çünki bu il ABŞ
və Ermənistan arasında müdafiə sahəsində münasibətlər digər məsələlərlə yanaşı,
kifayət qədər fəal inkişaf edir.

“Bu cür təlimlərin indi baş tutması, prinsipcə, rəsmi İrəvanın seçdiyi xəttin
məntiqi davamıdır”, – o bildirib.

Source link