Ekspert: Rusiya və ABŞ müharibə etməyəcək

Ekspert: Rusiya və ABŞ müharibə etməyəcək

Baxış sayı: 2. 143 dəfə baxılıb.

Dünən Donald Tramp öz “Twitter” səhifəsində Rusiyanın ABŞ raketlərini vuracaqları barədə çıxışına sərt münasibət göstərib. Son vaxtların hadisələri göstərir ki, dünyadakı vəziyyət daha da gərginləşir və qlobal müharibənin bütün ilkin şərtləri artıq yaranıb. 

Keçən günün xəbərlərinə baxsaq, görərik ki, Rusiya və ABŞ, həmçinin İran öz ordularını tam döyüş vəziyyətinə gətirib və vəziyyətin hər cür inkişafına hazırdırlar.

Dünyada vəziyyətin necə inkişaf edəcəyi haqda rus politoloqu, təhlükəsizlik üzrə ekspert Qriqori Trofimçuk ÇıxışYolu.Com-a müsahibəsində danışıb.

– Baxmayaraq ki, Rusiya bütün raketləri vuracağı barədə ABŞ-a xəbərdarlıq edib, Donald Tramp buna çox sərt yanaşıb. Sizcə, Rusiya və ABŞ arasında gərginlik artacaq?

– Bu, artıq baş verib: Moskva və Vaşinqton arasında tarix boyu belə pis münasibət olmayıb. Bu münasibətləri 1962-ci ilin “Karib böhranı” ilə müqayisə etmək olmaz. İndi bu müqayisəni tez-tez edirlər, axı onda bütün rəqiblər bərabər idilər. Kim nə deyir-desin, vəziyyət indi daha pisdir.

Yeri gəlmişkən, xatırladım ki, o böhranın gedişatı zamanı Xruşşov əvvəlcə gizli şəkildə sovet raketlərini Kubaya yerləşdirdi, sonra isə faktla bağlı ABŞ tərəfinə açıq bəyanat verdi.

Bu, sözlərin təsir etmədiyi vacib psixoloji andır. Əgər siz zərbə endirməyi planlaşdırırsınızsa, onda siz onu etməlisiniz. Əks halda sizin bir dəfədən çox təkrarladığınız sözləriniz acizlik kimi qəbul ediləcək.

Lakin bu, o demək deyil ki, ancaq güc üsulları ilə hərəkət etmək lazımdır. Burada hər şeydən əvvəl ağılla hərəkət etmək və bizim indi gördüklərimizə yol verməmək lazımdır. 

Amma əgər Rusiya bəyan edir ki, Suriyada bütün yad raketləri vuracaq, bunu təcrübədə də etməli idi, özü də təhlilsiz. Əks halda, məlum olacaq ki, İsrail və ABŞ raketləri belə zərbələrdən sığortalanıblar, onda bütün müdafiə sual altında qalacaq.

– Rusiya və ABŞ Suriya çöllərində toqquşarsa, nə baş verəcək? Hər şey dünya, yoxsa lokal müharibəyə doğru gedir?

– Dünya müharibəsi olmayacaq. Bunun üçün müvafiq bərabər güc və səbəb yoxdur. Postsovet məkanının son hüdudu və onun keçmiş təsir əraziləri uğrunda müharibə olacaq. Yəni, bu proses keçmiş Sovet Birliyinin sərhədlərindən bir az çox ərazini tuta bilər. Buna görə də Suriyadakı qeyri-sabitlik Qafqaz, Xəzər, Mərkəzi Asiya xəttinə keçə bilər, hələ Qara dənizdə tam döyüş vəziyyətində duran və ancaq siqnal gözləyən Ukraynanı demirəm. 

Ümumiyyətlə, İranı birbaşa dağıtmaq üçün qarşısında olan bütün qərb sahələrinin təmizlənməsi planlaşdırılır. Vaşinqton özü üçün ilkin məqsəd olaraq, Suriyada rus qoşunlarının mühasirəyə alınmasını yerinə yetirdi, halbuki Rusiya özü iki dəfə bu tələdən çıxmaq cəhdini göstərmişdi: 2016-cı ilin martında və 2017-ci ilin dekabrında.

Lakin ona bunu etməyə imkan verilmədi. Əslində, Suriyada ciddi proseslər 2018-ci ildə terrorçular zərərsizləşdirildikdən sonra başlandı. Mən hələ 2017-ci ilin sonunda bu haqda sizə xəbərdarlıq etmişdim ki, Suriyada hələ hər şey qabaqdadır. İndi isə biz məhz bunu müşahidə edirik. Hələ Türkiyədəki hərbi əməliyyatlar barədə danışmırıq.

Bundan başqa, Türkiyənin ABŞ-la NATO üzrə partnyor kimi razılaşdırılmış öz planları var. Məhz bu səbəbdən Türkiyə Rusiya və İranın problemlərindən ayrılıqda hərəkət edir, eyni zamanda, ABŞ aviasiyası üçün göylərini təqdim edir.

Rusiya və ABŞ öz aralarında müharibəyə girməyəcəklər, çünki ABŞ-ın qarşısında belə bir məqsəd yoxdur. ABŞ-ın Bəşər Əsədi birdəfəlik göstərişlə məhv etmək üçün rus qoşunlarını kənara çəkmək məqsədi var (ola bilsin ki, daha dəqiq siqnal göndərmək üçün onları kənardan əzməklə). Bununla da Vaşinqton Çin tərəfə siqnal göndərməyi planlaşdırır.

– ABŞ nəyə nail olmaq istəyir?

– Düşünürəm ki, bu gün bir çoxlarına artıq aydındır ki, prezidentliyə namizəd Donald Trampın köməyilə ABŞ üçün əsas maneə olaraq qalan Rusiya, ciddi olaraq aldadılmış və istiqamətini itirmişdi. Rusiya əsas ABŞ seçkilərindən üz döndərməli, onunla maraqlanmamalı idi və onda tarix başqa cür axıb gedə bilərdi. Lakin Rusiyaya “dost Trampı” göstərməklə onun mövqeyini itirdilər. 

Buna görə ən qısa zamanda ABŞ qat-qat gücləndi, bu isə tarixən ən pis rus-amerikan münasibətlərinə gətirib çıxardı. ABŞ dünya monopoliyasını gücləndirməyə doğru gedir. İndi onların bunun üçün bütün imkanları var.

Hər şeydən əvvəl, ABŞ-a Ukrayna, Estoniya, Gürcüstan, Moldova və bir çoxları hazır vəziyyətdə müasir texnologiyalar, həmçinin çoxlu sayda canlı güc təqdim edərlər. Əgər ABŞ Rusiya ilə hazırkı qarşıdurmada istəyinə çatsa, onda onun, demək olar ki, rəqibləri qalmayacaq.

R.Q.
www.ÇıxışYolu.Com