edf0110a-723b-4cad-8e2e-addacfd6960f..jpg

Ekspert: “Şimal-Cənub dəhlizi Cənubi Qafqaz regionuna beynəlxalq bazarlara çıxış imkanı verir”

Baxış sayı: 563 dəfə baxılıb.

Ekspert: “Şimal-Cənub dəhlizi Cənubi Qafqaz regionuna beynəlxalq bazarlara
çıxış imkanı verir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Cənubi Qafqazın inkişafında mühüm
rol oynayır və regionun beynəlxalq bazarlara çıxışını təmin edir”.

Bunu “Report”a açıqlamasında tədqiqatçı, iqtisadçı Uluqbek Kamaletdinov deyib.

“Azərbaycandan keçərək İrana qədər uzanan Şimal-Cənub dəhlizi mühüm nəqliyyat
arteriyasıdır. Buraya da Şərq-Qərb dəhlizi daxilidir. Şərq-Qərb dəhlizi Xəzər
dənizini Gürcüstan vasitəsilə Qara dənizə, Türkiyə ərazisindən Aralıq dənizinə
birləşdirir. Bu isə Mərkəzi Asiya ölkələrindən, Çindən Türkiyəyə və onun
ərazisi ilə Avropaya yüklərin daşınması üçün imkanlar yaradır”, – o bildirib.

Ekspertin sözlərinə görə, hər iki dəhliz Cənubi Qafqazın inkişafında mühüm rol
oynayır, regiona beynəlxalq bazarlara çıxış imkanı verir və iqtisadi inkişafı
təşviq edir:

“Ümumiyyətlə, Cənubi Qafqaz regionunda bütün nəqliyyat kommunikasiyalarının, o
cümlədən Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin, həmçinin Zəngəzur dəhlizinin
açılması bu regionda iqtisadi inkişafa, siyasi əlaqələrin möhkəmlənməsinə və
sülhün bərqərar olmasına öz töhfəsini verəcək. Bu, qarşılıqlı faydalı ticarət
və investisiyalar üçün yeni imkanlar açacaq, həmçinin Cənubi Qafqaz və Mərkəzi
Asiya ölkələri arasında əməkdaşlığı gücləndirəcək”.

Source link