Ekspert: Suriyadakı gərginlik Qarabağ münaqişəsinin həllini uzadır

Ekspert: Suriyadakı gərginlik Qarabağ münaqişəsinin həllini uzadır

Baxış sayı: 2. 290 dəfə baxılıb.

Hazırda Dağlıq Qarabağ probleminin həllinə ümid etmək çox tezdir.

Bu barədə ÇıxışYolu.Com-a rus politoloq Denis Korkodinov deyib.

Onun sözlərinə görə, yalnız Rusiya, Ermənistan və Azərbaycan, eləcə də, İran və Türkiyə daxil olmaqla, danışıqlar prosesində olan tərəflər, mövcud ərazi mübahisələrinin həlli üçün birmənalı məxrəcə gəlməyəcəklər və elə bu səbəbdən Ermənistan-Azərbaycan böhranından çıxış mexanizmi hazırlanmayıb.

Beynəlxalq ictimaiyyətin diqqəti, əsasən, ölkələrin müxtəlif blokları arasında böyükmiqyaslı qarşıdurma riski olan Yaxın Şərqə yönəlib.

“Cənubi Qafqaz hələlik dünya siyasətinin birinciliyində deyil. Lakin Zaqafqaziya dövlətlərinin taleyi bütünlüklə, Yaxın Şərq regionunun hansı geosiyasi inkişaf vektoru əldə etməsindən asılıdır.

Bu proses uzunmüddətli xarakter daşıyır və çətin ki, yaxın 2-3 ilə qurtara bilsin”, – deyə ekspert qeyd edib.

O bildirib ki, bu müddətin sonunadək Dağlıq Qarabağ problemi çətin ki, nəticəyə bağlansın, çox güman ki, əvvəlki kimi, asılı vəziyyətdə olacaq. 

Əli Məmmədov
www.ÇıxışYolu.Com