ed5c94a5-dcac-4f35-97d8-e0f743152814..jpg

Ekspert: “Tarif Şurasının dərmanlara dair son qərarı rəqabəti artıracaq” – FOTO

Baxış sayı: 881 dəfə baxılıb.

Ekspert: “Tarif Şurasının dərmanlara dair son qərarı rəqabəti artıracaq” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycana idxal olunan dərmanların tanınması üçün ekspertiza müddətinin 11
iş günü müəyyən edilməsi bu sahədə rəqabətliliyi artıracaq.

Bunu “Report”a açıqlamasında Tarif (Qiymət) Şurasının bugünki qərarını şərh
edən istehlak bazarı üzrə ekspert Eyyub Kərimli bildirib.

Bundan başqa, onun sözlərinə görə, sadələşdirilmiş ekspertiza tariflərinin
mövcud tariflərdən 20-29% az müəyyən edilməsi ölkədə dərman çeşidliliyinin
artmasına müsbət təsir göstərəcək.

“Bu cür addımlar sahibkarların ölkəyə dərman idxal etməsinə marağını artırır.
Digər tərəfdən bu cür yeniliklər qiymətlərə, dərmanların maya dəyərinə, az da
olsa, təsir göstərəcək. Yeni qərar qüvvəyə mindikdən sonra Azərbaycan bazarına
daha keyfiyyətli dərmanlar daxil olacaq, istehlakçıların seçim imkanları xeyli
artacaq. Bu da əhalinin sağlamlığın qorunması üçün vacibdir. Azərbaycan il
ərzində təxminən 500 milyon ABŞ dolları dəyərində dərman idxal edib. Dərman
sənayemiz 90% idxaldan asılıdır. Prosedurların sadələşdirilməsi bu sahə ilə
məşğul olan sahibkarlıq subyektlərinin də fəaliyyətini stimullaşdıracaq”, –
E.Kərimli fikrini tamamlayıb.

Source link