ca94c8e7-e464-45f1-81ac-7ab44297b85c..jpg

Ekspert: “Türkiyə Ukraynada müharibənin fəsadlarının yumşaldılmasında mühüm rol oynayıb”

Baxış sayı: 1. 028 dəfə baxılıb.

Ekspert: “Türkiyə Ukraynada müharibənin fəsadlarının yumşaldılmasında mühüm
rol oynayıb”

“Türkiyə Ukraynadakı müharibənin fəsadlarının yumşaldılmasında böyük rol
oynayıb: taxıl dəhlizinin açılması ilə dünyada ərzaq qıtlığı azalıb, rəsmi
Ankara həmçinin iki tərəf arasında əsirlərin mübadiləsinə də yardım edir”.

Bunu “Report”a Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) rəhbəri
Ahmet Uysal bildirib.

“Türkiyə hələ də tərəflər arasında humanitar atəşkəsin elan edilməsi üçün səy
göstərir. Amma bu, mürəkkəb prosesdir və humanitar dəhliz məsələsi böyük siyasi
iradə tələb edir. Türkiyə bu layihənin həyata keçirilməsinə töhfə verməyə
hazırdır”, – deyə o bildirib.

Onun fikrincə, həm Rusiya, həm də Ukrayna Türkiyəyə güvənir, çünki bu dövlət
sülh tərəfdarı kimi müharibəyə qarşı çıxış edir:

“Bundan başqa, rəsmi Ankara münaqişənin hər iki tərəfinə vicdanla, mehriban
qonşu kimi yanaşır və bunu dəfələrlə nümayiş etdirdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm rəsmi Moskva, həm də Kiyev ilə
açıq və səmimi dialoq qurmağa qadir olduğunu göstərdi”.

Xatırladaq ki, daha əvvəl Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç rəsmi
Ankaranın Rusiya və Ukrayna arasında humanitar dəhlizin açılmasını istədiyini
bildirmişdi.

Source link