95222fde-1ff8-4d2b-9ba7-123077dbbb4a..jpg

Ekspert: “Yaşıl dəhliz” layihəsi təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir”

Baxış sayı: 858 dəfə baxılıb.

Ekspert: “Yaşıl dəhliz” layihəsi təkcə iqtisadi deyil, həm də siyasi
əhəmiyyətə malikdir”

“Azərbaycanla Şərqi Avropa ölkələri arasında Azərbaycandan Avropa İttifaqı
(Aİ) ölkələrinə “təmiz enerji”nin nəqlinin nəzərdə tutulduğu “yaşıl dəhliz”
layihəsinin həyata keçirilməsi təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət
kəsb edir”.

“Report” xəbər verir ki, bunu amerikalı analitik və köşə yazarı Pol Qobl deyib.

“Bu layihə Aİ-nin “təmiz”, bərpa olunan enerjiyə keçidlə bağlı məqsədlərinə
uyğundur. Bu, eyni zamanda, Azərbaycanın bu məqsədləri dəstəklədiyini nümayiş
etdirir”, – o bildirib.

Bununla belə, P.Qoblun fikrincə, təbii qaz hələ bir müddət əsas enerji mənbəyi
olaraq qalacaq: “Məlum olduğu kimi, təbii qaz nisbətən təmiz qalıqlı yanacaq
hesab olunur. Buna görə də o, ənənəvi enerji resurslarından “yaşıl enerji”yə
keçid hesab olunur”.

Xatırladaq ki, Rumıniyada dekabrın 17-də Prezident İlham Əliyevin səfəri
çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan
Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji
tərəfdaşlıq haqqında Saziş” imzalanıb.

Source link