Ekspertlər: Ermənistanda xaos davam edəcək

Ekspertlər: Ermənistanda xaos davam edəcək

Baxış sayı: 2. 637 dəfə baxılıb.

Ermənistanda siyasi sistem tamamilə iflic olub. Bu azmış kimi, hakim partiya dərin fəlakət içindədir və bütün siyasi partiyalar çöküb.

Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Ekspertlər: Ermənistanda xaos davam edəcək

Onun sözlərinə görə, “inqilabı” sistemdən kənar qüvvələr, gənclər, tələbələr, kreativ, ancaq radikal insanlar edib.

“Ermənistandakı münaqişələr başa çatmayıb. Onlar sistemə hücum edəcəklər, ancaq sistem Sarkisyan deyil”, – ekspert əlavə edib. 

Vəlizadə qeyd edib ki, Sarkisyan bu sistemin qurban verdiyi fiqurdur. 

“Hələ də qurbanlar olacaq, siyasi müzakirələr olacaq, erkən parlament seçkiləri keçirəcəklər. Hər şey hələ yeni başlayır”, – politoloq deyib. 

Azərbaycanlı politoloq Elxan Şahinoğlu da bu fikirləri dəstəkləyir. 

“Ermənistanda maraqlı hadisələr hələ irəlidədir. Nikol Paşinyan Serj Sarkisyanı istefaya məcbur etdi. Ancaq bu, hələ birinci mərhələnin sonudur. Paşinyan hakim Respublika Partiyasını və onun nümayəndəsi Karen Karapetyanı tarixin arxivinə göndərmək istəyir.

Bu isə asan deyil. Çünki Karen Karapetyan və illərdir hakimiyyətdə möhkəmlənən, bundan siyasi və iqtisadi dividendlər əldə edən böyük qruplaşma asanlıqla təslim olmaq istəmir”, – Şahinoğlu bildirib. 

O deyib ki, Karapetyan Paşinyanın ultimatumunu qəbul etmir:

“Bu isə o deməkdir ki, Ermənistanda Məxməri İnqilab davam edəcək. Paşinyan bunda israrlıdır. Bizi işğalçı dövlətdə növbəti gərgin mərhələləri seyr etməliyik”.

Əli Məmmədov
www.ÇıxışYolu.Com