Ekvadorda həbsxanadan 48 məhbus qaçıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ekvadorun Esmeraldas əyalətindəki həbsxanada 2 000 əsgər və polisin iştirakı
ilə basqın həyata keçirilib. Nəticədə 48 məhbusun qaçdığı müəyyən edilib.
Bu barədə yerli Milli kompleks yardım xidməti (SNAI) məlumat yayıb.
İdarədən verilən məlumata görə, reyd yanvarın 14-də təşkil olunub.
Təhlükəsizlik protokolları işə salındıqdan sonra qaçan beş məhbus tutulub. Eyni
basqın zamanı bir məhbusun ölümü barədə məlum olub, səbəbləri hələ müəyyən
edilməyib, SNAI sosial şəbəkədə “X”də öz hesabında bildirib.
Yanvarın 7-də Fito ləqəbli Los Çoneros cinayətkar qrupunun lideri həbsxanadan
qaçdıqdan sonra Ekvadorda vəziyyət gərginləşib.
Mənbə: kommersant.ru