9b1a711b-d9ce-4b2e-b638-29af0b841c70..jpg

Ekvadorda torpaq sürüşməsi 16 nəfərin həyatına son qoyub

Baxış sayı: 916 dəfə baxılıb.

Ekvadorda torpaq sürüşməsi 16 nəfərin həyatına son qoyub

Ekvadorun mərkəzində yerləşən Alausi şəhərində torpaq sürüşməsi nəticəsində
azı 16 nəfər ölüb.

Bu barədə bazar ertəsi ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

“Bu günə qədər 16 nəfərin ölməsi, 16 nəfərin yaralanması, 7 nəfərin itkin
düşməsi barədə məlumat daxil olub”, – deyə idarədən bildirilib.

Ümumilikdə təbii fəlakət zonasında 500 nəfərin yaşadığı məlumdur. Qırmızı Xaç
163 evin dağıldığını və ya zərər gördüyünü təxmin edir. Hazırda hadisə yerində
axtarış-xilasetmə işləri aparılır.

Mənbə: TASS

Source link