Ələsgər Məmmədli ilə bağlı qərar verildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli barəsində seçilmiş həbs qərarından
verilmiş şikayətə baxılıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən
iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan
qərarının ləğv edilməsini istəyib.
Məhkəmə şikayəti əsaslı hesab etməyib. Birinci instansiya məhkəməsinin qərarı
qüvvədə saxlanılıb.
Qeyd edək ki, Ə.Məmmədli qaçaqmalçılıqda ittiham edilir.