818dd1a0-9443-47d8-81cf-ef09b41a5f64..jpg

Ələt-Astara yolunda ağır qəza: Ölən və yaralanan var – YENİLƏNİB + VİDEO

Baxış sayı: 469 dəfə baxılıb.

Ələt-Astara yolunda ağır qəza: Ölən və yaralanan var – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

16.12.2023-cü il tarixində saat 10:18 radələrində Ələt-Astara magistralının
Biləsuvar rayonu ərazisində baş vermiş avtoqəza ilə əlaqədar xəsarət alan
1995-ci il təvəllüdlü və 1965-ci il təvəllüdlü 2 nəfər (kişi) Biləsuvar Rayon
Mərkəzi Xəstəxanasına təcili yardım vasitəsilə daxil olub.

Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, yaralılara travmatik amputasiya, başın təpə nahiyəsi və sol
gicgah nahiyəsinin irihəcmli kəsilmiş, cırılmış yarası diaqnozları təyin edilib.

Xəsarət alanlardan biri dərhal Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin
səylərinə baxmayaraq, vətəndaş vəfat edib.

Digər vətəndaşa zəruri tibbi yardım göstərilib vəziyyəti stabil olaraq
qiymətləndirilir.

15:14

Ələt-Astara avtomobil yolunda baş vermiş qəzanın detalları məlum olub.

Cixisyolu.com xəbər verir ki, qəza yük avtomobillərinin bir-birinə çırpılması
nəticəsində baş verib.

Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Qəza nəticəsində ölən şəxs 1995-ci il təvəllüdlü Vüqar Əsgərlidir. Xəsarət
alan şəxs isə Tofiq Salahlıdır.

12:40

Ələt-Astara yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Cixisyolu.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Videodan görünür ki, hadisə nəticəsində iki yük avtomobili toqquşub. TIR-lara
ciddi ziyan dəyməklə bərabər onların yükləri yolun hərəkət hissəsinə dağılıb və
digər avtomobillər üçün maneəyə səbəb olub.

Hadisənin görüntülərini təqdim edirik:
Aysel Aslan

Source link