26e44df7-d0d7-497a-945d-d8d94fbe9e56..jpg

Ələt-Astara yolunda avtomobil maneəyə çırpıldı: Xəsarət alanlar var

Baxış sayı: 611 dəfə baxılıb.

Ələt-Astara yolunda avtomobil maneəyə çırpıldı: Xəsarət alanlar var

Ələt-Astara avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib, yaralananlar
var.

“Report”un məlumatına görə, hadisə yolun 105-ci kilometrində qeydə alınıb.

Belə ki, “Nissan” markalı minik avtomobili maneəyə çırpılıb.

Hadisə yerinə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım
avtomobilləri cəlb olunub.

Yaralanan 4 nəfər xəstəxanaya aparılıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Source link