Ələt Azad İqtisadi Zonası hədəflərini açıqlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ələt Azad İqtisadi Zonasının iki hədəfi var.
“Report” xəbər verir ki, bunu zonanın səlahiyyətli qurumunun İdarə Heyətinin
sədri Valeh Ələsgərov Bakıda keçirilən, ümummilli lider Heydər Əliyevin və
Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə
İnvestisiya Forumunda bildirib.
“Biz investorların ərazidə uğurla şirkət qura bilmələri üçün münbit şərait
yaradacağıq, eyni zamanda, şirkətlərin böyüməsini dəstəkləyəcəyik. Biz
Türkiyədən gələn sahibkarları, xüsusilə, yüksək əlavə dəyərli və ixracyönümlü
məhsul istehsal edən, innovativ texnologiyalara və ən yaxşı beynəlxalq
standartlara uyğun çalışan şirkətləri qəbul etməyə hazırıq”, – deyə V.Ələsgərov
əlavə edib.