61a85f68-efe2-472f-a04c-27f4e47f3f48..jpg

“Əl-İttifaq”dan “Ayaks”a

Baxış sayı: 625 dəfə baxılıb.

“Əl-İttifaq”dan “Ayaks”a
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə millisinin yarımmüdafiəçisi Cordan Henderson “Əl-İttifaq”la
müqaviləsini vaxtından əvvəl ləğv etmək barədə razılığa gəlib. O, Səudiyyə
Ərəbistanında cəmi 6 ay qalıb.

Yarımmüdafiəçinin yaxın vaxtlarda “Ayaks”la müqavilə imzalayacağı bildirilir.

Qeyd olunur ki, futbolçunun və Səudiyyə klubunun nümayəndələri hüquqi
formalları tamamlayırlar. Hendersonun özü artıq komandanı tərk edərək
Britaniyaya yollanıb.

Xatırladaq ki, 33 yaşlı yarımmüdafiəçisi “Liverpul”da 12 mövsüm keçirdikdən
sonra keçən yay “Əl-İttifaq”la 3 illik müqavilə imzalamışdı.

“Əl-İttifaq”ın heyətində Henderson Səudiyyə Ərəbistanı Pro Liqasında 17 oyun
keçirib, qol vurmayıb, ancaq dörd məhsuldar ötürmə edib.

Mənbə: Sportarena.com

Source link