2f6cc2c1-4966-42d4-a0dc-aed314f562d3.png

“El-Klasiko”: “Barselona” səfərdə “Real”ı darmadağın etdi

Baxış sayı: 39 dəfə baxılıb.

İspaniya La Liqasında təkcə bu ölkədə yox, bütün dünyada futbolsevərlərin
böyük maraqla izlədikləri matç – “El-Klasiko” baş tutub.

Cixisyolu.com xəbər verir ki, çempionatın 11-ci turu çərçivəsində “Real Madrid” və
“Barselona” İspaniya paytaxtındakı “Santyaqo Bernabeu” arenasında üz-üzə gəlib.

Əzəli rəqiblərin qarşılaşması gözlənilmədən qonaqların mütləq üstünlüyü ilə
keçib və Kral klubunun darmadağını ilə yekunlaşıb. 54 və 56-cı dəqiqələrdə qol
vuran Levandovski dubla imza atıb. 77-ci dəqiqədə Yamal fərqi üç topa çatdırıb.
84-cü dəqiqədə isə Rafinya dördüncü topu “Real”ın qapısından keçirib – 0:4.

Bu nəticədən sonra çempionatın lideri olan Kataloniya klubu ikinci pillədəki
paytaxt təmsilçisi ilə arasındakı xal fərqini 6-ya çatdırıb (müvafiq olaraq, 30
və 24 xal).

Source link