5bfd7a14-6ab5-427f-9eaa-6c5f2a0f5f32..jpg

“El-Klasiko”da qalib gələn “Barselona” Superkuboku qazandı – VİDEO

Baxış sayı: 1. 036 dəfə baxılıb.

“El-Klasiko”da qalib gələn “Barselona” Superkuboku qazandı – VİDEO

İspaniya Superkubokunun qalibi “Barselona” olub.

Cixisyolu.com xəbər verir ki, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinin Kral Fəhd
adına beynəlxalq stadionunda baş tutan görüşdə kataloniyalılar “Real”la
qarşılaşıblar.

“El-Klasiko”da hesabı “Barselona” açıb. 33-cü dəqiqədı Qavi fərqlənib. 45-ci
dəqiqədə Levandovski fərqi iki topa çatdırıb. Pedrinin 69-cu dəqiqədə vurduğu
qol isə “kataloniyalılar”ın qələbəsinə şübhə yeri qoymayıb – 3:0.

“Real”ın gücü təsəlli qoluna çatıb. 90+3-cü dəqiqədə Kərim Benzemə qol
statistikasına birini də əlavə edib – 3:1.


Source link