0d303bde-4d2a-43a3-b6d9-97db386fa421..jpg

Əl yandıran qiymətlər: Mənzillər öz dəyərindən iki dəfə baha təklif olunur

Baxış sayı: 556 dəfə baxılıb.

Əl yandıran qiymətlər: Mənzillər öz dəyərindən iki dəfə baha təklif olunur
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda ölkəmizdə mənzil sahibi olmağın yollarından biri də ipotekadan
istifadə etməkdir. Gənc ailələrin bir çoxu da məhz bu kredit növündən istifadə
etməklə ev almağa daha çox meyil göstərir. Lakin ipoteka müddətinin və aylıq
ödənişinin olduqca yüksək olması mənzil sahibi olmaq istəyənlərin işini bir
qədər çətinləşdirir. Paytaxtda mənzil satışı ilə məşğul olam şirkətlərdən
birinin təklif şərtlərinə əsasən, 47 kvadrat metr mənzil ilkin ödəniş 13 min
300 manat olmaqla, aylıq 1130 manata 20 illik ipoteka ilə təqdim olunur.

Riyazi hesablama apardıqda məlum olur ki, hansısa vətəndaş belə bir mənzili
ipoteka ilə aldıqda evin qiyməti ona 285 min manata başa gəlir. Bu isə demək
olar ki, mənzilin nağd dəyərindən bir neçə dəfə çoxdur.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur
Fərzəliyev bildirib ki, ümumiyyətlə istənilən mənzilin nağd və kreditli satış
qiyməti fərqli olur:

“Kreditlər müxtəlif formalarda olur. İllik faizlərinə görə, güzəştli kreditlər
4, adi ipotekalar 7-8, bankdaxili ipotekalar isə 10-14 faiz arası dəyişir. Amma
hesablayanda ilk ödənişi hesablayırıq və sona qədər həmin ödəniş ödənilmir.
Mənzilin nağdı və kreditli satış qiyməti fərqli olur. 8 faizli ipoteka ilə
təxminən 100 manatlıq ev 25 il ərzində 200 min manata yaxın olur. Bu daha dəqiq
ipoteka kalkulyatoru ilə hesablanır”.

Ekspert bir çox ölkələrdə mənzillərlə bağlı aşağı faizli xüsusi ipotekaların
olduğunu diqqətə çatdırıb:

“Dünyanın hər bir yerində banklar pul satır və bankın iş prinsipi də məhz
budur. Dünyanın bir çox ölkəsində sırf mənzillə bağlı ipoteka kreditlərinin
faiz dərəcəsi azdır. Çünki vətəndaş ipoteka ilə evi aldıqdan sonra həmin mənzil
üçün əşyalar alır və bu iqtisadiyyatda pulun dövr etməsinə səbəb olur. Bizim
ölkədə də faiz dərəcəsi aşağı olsa daha yaxşı olar. Amma nəzərə almaq lazımdır
ki, zaman keçdikcə mənzillərin qiyməti artır və tikinti şirkətləri də məhz buna
əsasən qazanc əldə etmək istəyir”.

Source link