35c32a97-a700-4742-8893-7707cb4364da..jpg

Əlahiddə Ümumqoşun Orduda avtomobillərə baxış müsabiqəsi keçirilib – FOTO

Baxış sayı: 662 dəfə baxılıb.

Əlahiddə Ümumqoşun Orduda avtomobillərə baxış müsabiqəsi keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış
müsabiqəsi keçirilib.

“Report”un Naxçıvan bürosu xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun birləşmə
və hissələri arasında təşkil olunan baxış-müsabiqəsində hər bir sürücünün idarə
etdiyi avtomobilin quruluşu, işləmə prinsipi və texniki istismarı qaydaları
barədə bilik və bacarıqları yoxlanılıb və avtomobil texnikalarının saz
vəziyyətdə saxlanmasına xüsusi diqqət yetirilib.

Müsabiqədə müxtəlif markalı minik avtomobilləri, mikroavtobus və avtobuslara
gündəlik texniki xidmətin göstərilməsi ardıcıllığı yoxlanılıb.

Ən yaxşı nəticəni göstərən hərbi hissələr baxış-müsabiqəsinin sonunda
mükafatlandırılıblar.

Qeyd edək ki, texnikada yaranan nasazlığın aradan qaldırılması, ona texniki
qulluğun lazımi qaydada göstərilməsi yüksək təcrübə və praktiki bilik tələb
edir.

Ordumuzun birləşmə və hissələri arasında keçirilən baxış-müsabiqələri şəxsi
heyətin bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsinə şərait yaradır.

Source link