90902ba3-1e4d-45fc-abf6-dc08cbd52e08..jpg

Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçu kurslarının növbəti buraxılışı olub – FOTO/VİDEO

Baxış sayı: 531 dəfə baxılıb.

Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçu kurslarının növbəti buraxılışı olub –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əlahiddə Ümumqoşun Orduda növbəti gizir və müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçusu kurslarının uğurla başa çatması münasibətilə buraxılış
mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Mərasimdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad
edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Polkovnik Mahmud Əmirov kurslar zamanı keçirilən məşğələlərdən danışıb və
məzunları kursları uğurla başa vurmaları münasibətilə təbrik edib.

Məzunlar adından çıxış edən Şahin Cəfərov kursları əvvəl bitirən məzunlar kimi
şərəflə xidmət edəcəklərinə, növbəti kurslarda iştirak edəcək gənclərə nümunə
olacaqlarına söz verib.
Məzunları təbrik edən Əlahiddə Ümumqoşun Ordu Komandanın müavini,
general-mayor Məhəmməd Həsənov bildirib ki, bu gün dünyanın güclü orduları
sırasında olan Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandanİlham
Əliyevin rəhbərliyi ilə ötən ili böyük uğurlarla başa vurub.

Qeyd olunub ki, 2024-cü ildə də ölkəmizdə ordu quruculuğunun daha müasir
metodlarla həyata keçirilməsi, maddi-texniki bazanın inkişaf etdirilməsi, döyüş
hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılması
prioritet vəzifələr kimi müəyyənləşdirilib. Bu da hərbi qüdrətimizin daha da
artmasına şərait yaradacaq. Əminliklə deyə bilərik ki, Əlahiddə Ümumqoşun
Orduda da bu istiqamətdə tədbirlər həyata keçiriləcək, bundan sonra da muxtar
respublikanın təhlükəsizliyinin təmin edilməsi və müdafiə potensialının daha da
gücləndirilməsi üçün lazımi addımlar atılacaq.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs
birinciləri xatirə lövhələrinə buraxılış emblemlərini vurduqdan sonra tribuna
önündən təntənəli keçid olub. Sonda xatirə şəkli çəkdirilib.


Source link