1152dbfb-b474-468f-8422-c87da8c8da40..jpg

Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib – FOTO/VİDEO

Baxış sayı: 496 dəfə baxılıb.

Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına
baxış-müsabiqəsi keçirilib – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baxış-müsabiqəsində qış aylarında bölmələrin yüksək döyüş qabiliyyətində
saxlanılması, eləcə də şəxsi heyətin soyuq iqlim şəraitində gecə və gündüz heç
bir çətinlik çəkmədən xidmət aparması üçün istismarda olan arxa təminatı
avtomobil texnikalarının sazlığı yoxlanılıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi qulluqçuların yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa
təminatı avtomobil texnika və qurğularının, səyyar soyuducuların, səyyar tipli
çörək zavodlarının, su çənlərinin və səhra mətbəxlərinin cəlb edildiyi
baxış-müsabiqəsində texnikalara gündəlik texniki xidmətin göstərilməsi
ardıcıllığına, onların texniki göstəricilərinin yüksək səviyyədə
saxlanılmasına, həmçinin təlimata uyğun istifadə və istismar olunmasına xüsusi
diqqət yetirilib.

Baxış-müsabiqəsinin sonunda ən yaxşı nəticəni göstərən hərbi hissələr
mükafatlandırılıb.


Source link