412af432-eed9-4708-a345-a0bd9bfecfd5..jpg

Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib – FOTO/VİDEO

Baxış sayı: 470 dəfə baxılıb.

Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib
– FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən
tabelikdə olan birləşmə və hissələrlə ərazidə və Simulyasiya Mərkəzində
kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Komanda-qərargah təliminin birinci mərhələsi bölmələrin müxtəlif döyüşə
hazırolma dərəcələrinə gətirilərək “Həyəcan” siqnalı ilə təlim rayonlarına
çıxarılması ilə başlayıb.

Açılmış səhra və stasionar döyüşü idarəetmə məntəqələrində üst komandanlıqdan
alınmış tapşırığa əsasən əməliyyatların planlanmasına başlanaraq optimal
qərarın qəbulu üçün hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra
olunub.

Qərargahlar tərəfindən əməliyyatların planlaşdırıldığı ərazinin döyüş
sahəsinin kəşfiyyat hazırlığı aparılıb, düşmən və öz bölmələrimizin ağırlıq
mərkəzləri, qəti nəticə nöqtələri təyin edilərək arzu olunan son nəticənin əldə
edilməsi üçün hazırlanan müxtəlif fəaliyyət tərzləri komandirin qərarı olaraq
seçilməsi məqsədilə hərb oyununda sınaqdan keçirilib.
Hərbi hissələrin əməliyyat planlarının hazırlanması, aidiyyəti üzrə əmrlərin
çatdırılması, eləcə də bölmələrin idarə olunması və aşkar olunmuş hava
düşməninin məhv edilməsi üçün verilən məlumatların müasir texniki vasitələr
üzərindən bölmələrə çatdırılması məşq etdirilib.

Təlimin gedişində xüsusi təyinatlı bölmələrin vasitəsilə vizual müşahidə və
havadan kəşfiyyat aparılaraq şərti düşmənin döyüş mövqeləri və yaxın
dərinlikdəki vacib obyektləri qiymətləndirilib. Əldə olunmuş kəşfiyyat
məlumatları analiz edilərək manevr bölmələrinin döyüş meydanında hədəfə doğru
sürətli və dəqiq irəliləməsi üçün onların qərargahlarına çatdırılıb.

Yuxarı qərargahdan alınmış döyüş əmrinə əsasən tank və mexanikləşdirilmiş
bölmələr şərti düşmənin yerləşdiyi əraziyə hücum tapşırığını icra edib. Burada
əsas diqqət düşmənin təminat yollarının və ehtiyatlarının yaxınlaşma
istiqamətlərini görən hakim yüksəkliklərin ələ keçirilməsinə yönəldilib.

Təlimin ikinci mərhələsi qərargahlar tərəfindən qəbul edilən qərarların real
ərazidə icra olunma mümkünlüyünü, komandirlərin döyüş meydanında tabelikdə olan
bölmələrini idarəetmə bacarıqlarını, atəş-dəstək vasitələrinin effektiv
istifadəsini və hərtərəfli təminatın döyüşün bütün mərhələlərində təşkilini
praktiki görmək məqsədilə Simulyasiya Mərkəzində kompüterlər üzərində
oynanılması ilə keçirilib.

Müxtəlif qoşun növü birləşmələrinin birgə fəaliyyəti nəticəsində qarşıya
qoyulmuş məqsədlərə nail olunduğu təlimin yekununda qoşunların döyüşə hazırolma
vəziyyətinə gətirilməsində və əməliyyatların planlaşdırılmasında qərargahların
hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.


Source link