dfd9a089-fc7e-4de9-a7b1-c29562ab34ef..jpg

Əlahiddə Ümumqoşun Orduda yeni tədris ili başlayıb – FOTO/VİDEO

Baxış sayı: 558 dəfə baxılıb.

Əlahiddə Ümumqoşun Orduda yeni tədris ili başlayıb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni tədris ilinə hazırlıq zamanı hərbi hissələrdə sıra baxışları keçirilib,
bölmələrin maddi-tədris bazaları, təlim döyüş texnikaları, ştat kateqoriyasına
uyğun olaraq şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, yeni tədris ilinin başlaması ilə
əlaqədar birləşmə və hərbi hissələrdə keçirilən təntənəli mərasimlərdə çıxış
edənlər ötən tədris ilində ümumilikdə planlaşdırılmış tədbirlərin tam həcmdə
icra olunduğunu qeyd edib və yeni tədris ilində keçirilən məşğələlərdə əsas
diqqətin hərbi qulluqçuların bilik və bacarıqlarının daha da artırılmasına,
Ordumuzun arsenalında olan müasir silah, texnika, habelə digər döyüş
vasitələrinin düzgün istismarı və effektiv tətbiqi qaydalarının öyrədilməsinə
yönəldilməli olduğunu bildirərək yeni tədris ilində şəxsi heyətə uğurlar
arzulayıblar.

Sonra tribuna önündən təntənəli keçid olub.


Source link