2fb41837-54c9-48a2-b186-42db315bbfa7..jpg

Əlahiddə Ümumqoşun Orduda yeni tədris ilinin ilk dərs və məşğələləri keçirilir – FOTO/VİDEO

Baxış sayı: 486 dəfə baxılıb.

Əlahiddə Ümumqoşun Orduda yeni tədris ilinin ilk dərs və məşğələləri keçirilir
– FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əlahiddə Ümumqoşun Ordunun 2024-cü tədris ilinin döyüş hazırlığı planı”na
əsasən keçirilən dərs və məşğələlərdə qoşunların müxtəlif dərəcəli döyüşə
hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələrin
öyrənilməsi, bölmələrin tapşırıqlarının dəqiqləşdirilməsi, həyəcan siqnalı ilə
qaldırılaraq cəmləşmə rayonlarına çıxarılması, gizli idarə olunması və qəfil
ortaya çıxan tapşırıqların vaxtında icra olunması məşq etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şəxsi heyətin bilik və bacarıqlarının artırılması, bölmələrin
döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, dayanıqlı,
fasiləsiz və operativ idarə olunmasının təmin edilməsi məqsədilə keçirilən dərs
və məşğələlər tədris ili dövründə mütəmadi olaraq davam etdiriləcək.


Source link