2fd9fecc-d742-4e54-b431-089c26b5154d..jpg

Əlahiddə Ümumqoşun Ordunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır – FOTO/VİDEO

Baxış sayı: 403 dəfə baxılıb.

Əlahiddə Ümumqoşun Ordunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanıİlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan Ordusunda döyüş
növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin
yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qarşıdan gələn soyuq qış aylarında da gecə və gündüz fasiləsiz xidmət aparan
şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazır
olma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün bütün zəruri tədbirlər
həyata keçirilib.

Qış mövsümündə çətin dağlıq şəraitdə, dəniz səviyyəsindən 3000 metrdən çox
yüksəklikdə döyüş növbətçiliyi aparan şəxsi heyətin uğurla xidmət etməsi üçün
yüksək məişət şəraiti yaradılıb. Yataqxana, yeməkxana, əşya, ərzaq anbarları və
digər binalarda yaradılan müasir şərait xidmətin təhlükəsiz və rahat şəkildə
aparılmasına zəmin yaradır. Ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa
olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla,
müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib.
Ön xətt bölmələrimiz qışa hazırlıq tədbirləri çərçivəsində isti geyim, yanacaq,
içməli su, ərzaq, eləcə də digər zəruri ehtiyatlarla tam təmin edilib.
Mövqelərarası elektrik xətti yenisi ilə əvəz olunub, sənaye işığı ilə yanaşı,
alternativ və bərpaolunan enerji mənbələrindən də istifadə olunması üçün günəş
panelləri quraşdırılıb. Əsas və ehtiyat səngərlər, mövqelər, müşahidə və dayaq
məntəqələri təkmilləşdirilib, mövqelər beton sığınacaqlarla təmin olunaraq
müdafiənin dayanıqlılığı artırılıb. Dayanıqlı mühəndis-istehkam qurğuları və
şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, peşəkarlığı mövqelərin etibarlı
müdafiəsinə təminat verir.

Bölmələrdə əsgərlərin asudə vaxtının səmərəli keçirilməsi üçün də lazımi
şərait yaradılıb, ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar,
qəzet və jurnallar əsgərlərin istifadəsinə verilib. Ən ucqar zirvələrdə belə
şəxsi heyətin ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr barədə
məlumat alması üçün televizorlar quraşdırılıb.

Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmələrdə döyüş hazırlığı planına əsasən
təcrübəli zabitlər tərəfindən dərs və məşğələlər keçirilir. Bu da döyüş
hazırlığı ilə bərabər, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının da
yüksəldilməsində əsas rol oynayır.

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində və müdafiə mövqelərində xidmət
aparan şəxsi heyətin sağlamlığı vacib amil olduğundan xəstəxana və tibb
məntəqələri bütün tibbi ləvazimatlarla təmin edilib və hərbi qulluqçuların
gigiyena qaydalarına düzgün əməl etmələri üçün profilaktik tədbirlər görülür.
Bütün bunlar da soyuq havalarda virus infeksiyalarının və yoluxucu
xəstəliklərin tez bir zamanda qarşısının alınmasına şərait yaradır.

Vətən torpaqlarını qoruyan əsgərlərimizin nümunəvi xidməti üçün dövlətimiz
tərəfindən hərtərəfli şərait yaradılıb. Qəhrəmanlıq və mübarizlik ifadəsini
özündə təcəssüm etdirən, torpaqlarımızı işğaldan azad etmək kimi ən şərəfli
missiyanı uğurla tamamlayan Azərbaycan əsgəri xidmətinin nə qədər məsuliyyətli
və qürurverici olduğunu dərindən dərk edir.

Müzəffər Ali baş Komandanın rəhbərliyi ilə doğma torpaqlarımızı azad edən
Azərbaycan əsgəri daim dövlət-xalq-ordu birliyindən güc alaraq Vətən torpağını
şərəflə qorumaq və bu müqəddəs vəzifənin öhdəsindən layiqincə gəlmək əzmindədir.


Source link