Elan saytlarında “kukulka”, “Barbi”, “milaşka” axtaran kişilər – FOTO

Elan saytlarında “kukulka”, “Barbi”, “milaşka” axtaran kişilər – FOTO

Baxış sayı: 3. 240 dəfə baxılıb.

Əvvəllər filmlərə baxanda bizə gələcək zaman olaraq 2018-ci il və geridə qoyduğumuz digər illəri göstərirdilər.

Elm, texnika inkişaf etsə də, bu günlərə gəlib çatdıqda ssenaristlərin uydurmaları olan və gözlədiyimiz yeniliklərin çoxu baş vermədi.

Əksinə, 90-ların səmimiliyi yoxa çıxdı, iş sayı azaldı, kiçik məhlə dükanları yerini böyük marketlərə, onlayn alış-veriş saytlarına verdi.

Dəyişməyənlər isə həmin saytların istifadəçiləri oldu. Hansı ki, bu kütlə həmin portalları “wap.tanisliq.biz” tipli saytlar kimi istifadə etməyə başlayıb. Qız, oğlan, onların təbirincə desək, “gəlin” axtarışına çıxıblar.

Elan saytlarında “kukulka”, “Barbi”, “milaşka” axtaran kişilər – FOTO

Bir sıra portallarda yer alan bu elanları verənlərin çoxu isə cavan oğlanlar, “seksual yanıq”lığını az qala hər yerdə göstərməyə çalışan orta nəslin nümayəndəsi olan kişilərdir.

Onların sırasında boşanmış qadın axtaranlar daha çoxdur.

Elan saytlarında “kukulka”, “Barbi”, “milaşka” axtaran kişilər – FOTO

Elan yazanların arasında qeyri-adi istəkləri olan oğlanlar da tapa bilərsiniz:

“Dəqiqədə bir fikrə düşən, hərdəmxəyal, burnu Pinokyonun burnuna oxşayan, plastik əməliyyat etdirərək özünü “yığdıran”, bığlı, tüklü, qalın qaş, pivə boçkasına oxşayan, fiqurası lobya şaxına bənzəyən, saçlarını tok vurmuş, çənəsi Rəqsanənin çənəsindən fərqlənməyən, oğlan dostları olan, kontur dilənçisi qızlar məni narahat etməsin”.

Elan saytlarında “kukulka”, “Barbi”, “milaşka” axtaran kişilər – FOTO

Bu istəklərin arasında həmin xanımların Ayşvariya Raydan və Anceli Colidən gözəl olmasını tələb edənlər də var:

“Dəlisov, yerini bilən, realist, Ancelina və Ayşvariyadan gözəl, 60/90/60 vücudu, “kukulka”, “Barbi”, “milaşka”, kraliça olan qızlar buyursun”.

Elan saytlarında “kukulka”, “Barbi”, “milaşka” axtaran kişilər – FOTO

Kişilərlə bərabər “ömür-gün yoldaşı” axtarışına çıxan xanımlar da bu saytlara müraciət edir:

“Sadə, səmimi, təmiz, sadəlövh birini axtarıram. Ətraflı “Whatsapp”da danışaq. Bir uşağım var, boşanmışam”.

Elan saytlarında “kukulka”, “Barbi”, “milaşka” axtaran kişilər – FOTO

Tanışlıq adı ilə qeydiyyatdan keçənlərin içərisində başqalarının adından istifadə edənlər də var. Məsələn: Fotoda gördüyünz şəxs model Kənan Həsənəliyevin adından istifadə edərək başqalarını aldadır və onlardan tanışlıq münasibətini qurmasını tələb edir.

Elan saytlarında “kukulka”, “Barbi”, “milaşka” axtaran kişilər – FOTO

İnsanların bir-birilə tanış olması, yaxınlaşması pis bir şey olmasa da, bunu həyata keçirmək üçün ünvanların yanlış seçilməsi cahilliyin əlamətidir.

Elan saytlarında “kukulka”, “Barbi”, “milaşka” axtaran kişilər – FOTOElan saytlarında “kukulka”, “Barbi”, “milaşka” axtaran kişilər – FOTOElan saytlarında “kukulka”, “Barbi”, “milaşka” axtaran kişilər – FOTOElan saytlarında “kukulka”, “Barbi”, “milaşka” axtaran kişilər – FOTO

.
www.ÇıxışYolu.Com