1a9ff52e-6e4f-490d-a297-4c98401a07af..jpg

Elan saytlarında vətəndaşları aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb – FOTO/VİDEO

Baxış sayı: 778 dəfə baxılıb.

Elan saytlarında vətəndaşları aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb –
FOTO/VİDEO

Elan saytlarında vətəndaşların aldadılaraq dələduzluq yolu ilə pullarının
mənimsənilməsi barədə daxil olan məlumatlarla əlaqədar Bakı Şəhər Baş Polis
İdarəsində müvafiq araşdırmalar aparılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində bu əməlləri
törətməkdə şübhəli bilinən paytaxt ərazisində yaşayan Bərdə rayon sakini, 32
yaşlı Xəyal Hüseynov müəyyən olunaraq saxlanılıb. O, ilkin ifadəsində onlarla
şəxsə qarşı dələduzluq etdiyini etiraf edib.

Araşdırmalarla onun elan saytlarında müxtəlif adlarla 11 nəfəri aldadaraq
ümumilikdə 4 250 manatdan artıq vəsaitlərini mənimsəməsi məlum olub.

Saxlanılan şəxsin yaşadığı evə baxış zamanı bank kartları, müxtəlif mobil
operatorlara məxsus telefon nömrələri, mobil telefonlar və iş üçün zəruri olan
digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Araşdırmalar davam etdirilir. Onun qanunsuz əməllərindən zərərçəkən başqa
şəxslər varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə, eləcə də Bakı Şəhər Baş
Polis İdarəsinə müraciət etmələri xahiş olunur.

Bir daha vətəndaşlara elan saytlarında tanımadıqları şəxslərə onlayn ödəniş
etməmələrini tövsiyə edirik.


Source link