Elbay Qasımzadəyə orden təqdim olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mədəniyyət Nazirliyində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri,
Əməkdar memar Elbay Qasımzadəyə 2-ci dərəcəli “Əmək” ordeni təqdim olunub.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Mədəniyyət naziri Adil Kərimli E.Qasımzadəyə yüksək dövlət təltifi
münasibətilə təbriklərini çatdırıb. Qeyd olunub ki, Azərbaycanda memarlıq
sahəsinin inkişafında onun mühüm xidmətləri var. Uzun illər paytaxtımızın baş
memarı olmuş Elbay Qasımzadənin əməyi dövlətimiz tərəfindən həmişə yüksək
qiymətləndirilib. O bundan əvvəl “Şöhrət” (2000) və “Şərəf” (2018) ordenləri
ilə təltif edilib.
E.Qasımzadə fəaliyyətinə verilən böyük dəyərə görə Prezident İlham Əliyevə
minnətdarlığını bildirib.
Sonda nazir dövlət təltifini memara təqdim edib, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, tanınmış memar Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il
tarixli sərəncamı ilə bu ordenə layiq görülüb.