65edbfd6-5bcd-4c44-842a-db6e6a631265..jpg

Elcan Rəsulov: “Arvad paltarında oturub şor satırdım” – VİDEO

Baxış sayı: 448 dəfə baxılıb.

Elcan Rəsulov: “Arvad paltarında oturub şor satırdım” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki qonağı aktyor Elcan Rəsulov olub.

O, televiziya üçün canlandırdığı ilk obrazdan danışıb:

“Televiziyada ilk rolum qadın obrazı olub. Paltar tapmaq lazım idi. Evdən
tapdığım qadın geyimlərini götürüb getmişdim. Çəkiliş Yasamal bazarında idi.
Gedib geyindim, başımı bağladım, qrimləndim və başladım “qaralı şor var”
deməyə”.

Aktyor iştirak etdiyi müsabiqələrdə qazandığı sertifikat və diplomların
faydasız olduğuna da diqqət çəkib:

“Onları düzüb səliqəli saxlamağa çalışırdım. Daha sonra pulsuzluqla üzləşdim.
Ailən üçün heç nə etməyə gücün çatmır və bu, bir kişi üçün ağır şeydir. Həmin
vaxt bu diplomlar məni qıcıqlandırırdı. Düşünürdüm ki, onlara görə itirdiyim
vaxtda haradasa işləyərdim, pulum olardı və gedib nəsə ala bilərdim. İndi
mükafatlandırma mərasimlərinin heç birində iştirak etmirəm. Ancaq Əməkdar
artist və Xalq artisti adı veriləndə gedərəm”.

Ətraflı süjetdə:


Source link