Elçin Əmirbəyov BMT baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov
BMT-nin baş katibinin köməkçisi, dünya təşkilatının siyasət üzrə iş və proqram
dəstəyi Bürosunun direktoru Markos Neto ilə Bakıda keçiriləcək BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasını (COP29) müzakirə edib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf
Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə Neto BMT-nin İnkişaf Proqramının COP29-un uğurla
keçirilməsinin təmin edilməsində Azərbaycana yardım etmək öhdəliyini bir daha
təsdiqləyib.
Xatırladaq ki, BMT baş katibinin köməkçisi eyni zamanda Azərbaycan
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət
məsələləri şöbəsinin müdiriHikmət Hacıyevlə
görüşüb.
Bundan başqa, mayın 7-də Markos Neto Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli
Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq
və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda
keçirilmiş 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda çıxış edib.
#UN
Administrator & Director of#BPPS
Athias Neto met H.E. Mr. Elchin Amirbayov, the Representative of the President
of Azerbaijan on special assignments.@marcosathias
ensuring the success of#COP29
pic.twitter.com/2bA3zwz7gY
— UNDP Azerbaijan 🇦🇿 (@UNDPAzerbaijan) May 8, 2024