69ab56e3-324b-4ef8-90d3-f76d75e575ef..jpg

Elçin Əmirbəyov: “Fransa Azərbaycanın qələbəsini heç cür həzm edə bilmir”

Baxış sayı: 473 dəfə baxılıb.

Elçin Əmirbəyov: “Fransa Azərbaycanın qələbəsini heç cür həzm edə bilmir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fransa Azərbaycanın qələbəsini heç cür həzm edə bilmir”.

Bu sözləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin
Əmirbəyov Fransa-Azərbaycan münasibətlərinin kəskinləşməsinə məqalə həsr edən
Fransanın “Le Monde” qəzetinə müsahibəsində

deyib.

O qeyd edib ki, ikitərəfli münasibətlərdə müşahidə olunan pisləşmənin səbəbi
Fransanın Ermənistan-Azərbaycan qarşıdurması məsələsində tutduğu tamamilə
ədalətsiz, qərəzli ermənipərəst mövqeyidir.

Artıq uzun müddətdir ki, Ermənistana hər cür diplomatik, iqtisadi və son
zamanlar hərbi dəstək verən Fransa öz ziyanverici əməlləri ilə Ermənistanla
Azərbaycan arasında sülhün əldə olunması perspektivlərinin qarşısını alır.

Açıq şəkildə anti-Azərbaycan təşəbbüslərini təşviq etmək üçün BMT-nin
Təhlükəsizlik Şurası, Avropa İttifaqı və onun təsisatları kimi müxtəlif
beynəlxalq platformalarından alət kimi istifadə etmək cəhdləri Fransanın mümkün
vasitəçi kimi onsuz da şübhəli olan reputasiyasını tamamilə sarsıtmaqla yanaşı,
həm də Bakının Fransanın aparıcı rollardan birinə sahib olduğu Avropa
İttifaqına inamını ciddi şəkildə sarsıdıb.

Əmirbəyov, həmçinin vurğulayıb ki, Parisin İrəvanı ölümcül silahlarla təchiz
etməsi Cənubi Qafqaz regionunda sabitliyi və təhlükəsizliyi pozur və onu yeni
hərbi münaqişələrə, mənasız silahlanma yarışına sövq edir və Ermənistanla
Azərbaycan arasında sülhün əldə olunması perspektivlərini süni şəkildə ləngidir.

“Aydındır ki, Fransa tarixi ədaləti bərpa edən, Qarabağ və digər rayonların
otuzillik qeyri-qanuni erməni işğalına son qoyan Azərbaycanın qələbəsini heç
cür həzm edə bilmir”, – deyə Əmirbəyov sözlərini yekunlaşdırıb.

Source link