Elçin Əmirbəyov “The Guardian”ın səhvlərini düzəltdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2023-cü il dekabrın 27-də Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə
nümayəndəsi, səfir Elçin Əmirbəyov Britaniyanın“The Guardian”
qəzetinə müsahibə verib.
Materialın müəllifi məqalədə bəzi səhvlərə yol verib.
Lakin 2024-cü il yanvarın 6-da Elçin Əmirbəyov həmin məqaləyə düzəlişlərin
edilməsini təmin edib.
Məqalədə Elçin Əmirbəyovun vəzifəsi təhrif olunaraq, “Azərbaycan Prezidenti
yanında xüsusi səfir” kimi təqdim edilmişdi.
Bundan əlavə, əvvəlki versiyada deyilirdi ki, “Azərbaycan Qarabağda evlərindən
qovulmuş azərbaycanlıların hüquqlarının tanınmasında israrlıdır”, amma əslində,
söhbət Ermənistandakı evlərindən qovulmuş azərbaycanlılardan gedirdi.