b09656ec-47d1-42db-8490-98bf26778206..jpg

Elçin İbadov: “SOCAR Türkiyə”nin istehsal müəssisələrində karbon tullantıları sıfıra çatdırılacaq”

Baxış sayı: 1. 241 dəfə baxılıb.

Elçin İbadov: “SOCAR Türkiyə”nin istehsal müəssisələrində karbon tullantıları
sıfıra çatdırılacaq”

“SOCAR-ın məqsədlərinə görə, rəqəmsallaşma biznesi fərqli metodla, müasir
texnoloji vasitələrin, hətta dronların köməyi ilə inkişaf etdirməkdir”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri “SOCAR Türkiyə”nin baş icraçı direktoru
vəzifəsini müvəqqəti icra edən Elçin İbadov deyib. O qeyd edib ki,
rəqəmsallaşma “SOCAR Türkiyə” üçün ən vacib hədəfdir:

“Ona görə, “SOCAR Türkiyə” bu ölkənin 500 ən böyük şirkəti siyahısında yüksək
mükafatlara layiq görülüb.

Biz, həmçinin son illərdən etibarən yaşıl maliyyələşməyə yönəlmişik. İstehsal
prosesi zamanı karbon tullantılarının minimuma endirilməsi məqsəd qoyulub.

2050-ci ildə “SOCAR Türkiyə”nin istehsal müəssisələrində karbon tullantıları
sıfıra çatdırılacaq”.

Aysel Aslan

Source link