Eldəniz Əzizli Avropa çempionu oldu – VİDEO

Eldəniz Əzizli Avropa çempionu oldu – VİDEO

Baxış sayı: 2. 103 dəfə baxılıb.

Rusiya Federasiyasının Kaspiysk şəhərində keçirilən güləş üzrə böyüklər arasında Avropa çempionatında ilk qızıl medalımızı Eldəniz Əzizli qazanıb.

ÇıxışYolu.Com xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Estoniya idmançısı Helari Maeqisalu ilə qarşılaşıb və rəqibinə 8:0 hesabı ilə qalib gəlib.

Bu, Avropa çempionatında millimizin ilk qızıl medalıdır. Həmçinin Eldəniz Əzizli karyerasında böyüklər arasında ilk dəfə Avropa çempionu olub.

Qeyd edək ki, sabah Avropa çempionatında daha iki idmançımız – Rəsul Çunayevlə Murad Məmmədov final görüşünə çıxacaq.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com