Eldəniz Səlimov
Xaçmaz şəhər 55 saylı seçki dairəsinin deputatı,
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü
Şəhidlərimizin qanı bahasına əldə olunan müstəqilliyimizin təhlükə altında olan bir vaxtda, xalqın tələbi ilə ağır bir məsuliyyəti üzərinə götürən Ümummilli Lider Heydər Əliyev, yüksək siyasi iradə nümaiş etdirərək, Azərbaycanı gözlənilən təhlükələrdən qurtara bildi və yorulmadan Azərbaycan xalqına xidmət edərək uğurlu siyasi kursu ilə Yeni Azərbaycanın təməlini qoydu. Bununlada Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycanın qurucusu və banisi olaraq tarixi yadaşımıza həkk olundu. Ümummilli Lider Heydər Əliyevin missiyası bununla da yekunlaşmadı. Müstəqilliyimizin əbədiyyəti üçün Yeni Azərbaycanı əmin əllərdə saxlamaq üçün, uğurlu siyasi kursunu davam etdirmək üçün Prezident İlham Əliyevi yetişdirməklə bu xalqa əmanət etdi.
Prezident İlham Əliyev xalqa rəhbərlik etdiyi dövrdən bu günə qədər uğurlu siyasəti ilə Azərbaycanı günü-gündən inkişaf etdirməklə dünya ölkələri sırasında mühüm yer tutmasına nail oldu. Prezidentlik dönəmində bütün imkanlarını Azərbaycan xalqının rifahının yaxşılaşmasına, ölkəmizin inkişafına sərf edən cənab İlham Əliyev, 2020-ci il dönəmində 30 il erməni işğalı altında saxlanılan torpaqlarımızı qısa müddətdə işğaldan azad etməklə tarix yazdı. Prezident İlham Əliyevin yüksək iradəsi və uğurlu siyasəti nəticəsində ölkəmizdə elə bir istimai, siyasi, iqtisadi hərbi siyasi mühit formalaşdı ki, müharibə gedən bir ölkədə, ölkə vətəndaşları heç bir sosial sıxıntı ilə rastlaşmadı.
Bundan başqa ölkə Başçısı iradə nümaiş etdirərək ümummilli birliyi bərqərar etdi. Bu gün Ali Baş Komandanın rəhbərliyi altında formalaşdırılan qüdrətli Azərbaycan ordusu düşməni darmadağın edərək Müasir Azərbaycanın müasir tarixini yazır. Yeni Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin Siyasi Kursunun davamçısı olan, xalqın sevimlisi İlham Əliyev cənabları, bu gün tarix yazmaqla Müasir Azərbaycanın əvəzolunmaz tarixi Sərkərdəsi və Müasir Azərbaycanın qurucusu olduğunu təsdiq etdi.
Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan Xalqı, Yaşasın Ali Baş Komandan, Yaşasın rəşadətli Azərbaycan Ordusu !
Əminliklə deyə bilərik ki, bu gün adını tarixə qızıl hərflərlə yazan İlham Heydər oğlu Əliyev Azərbaycan Respulikasının əvəzolunmaz Lideri və əbədi Prezidentidir. Allah Xalqımızı, Ordumuzu və Ali Baş Komandanımızı qorusun. Biz hər zaman sizinləyik, cənab Prezident.
Qarabağ Azərbaycandır.