4ce36e9a-aaff-48d5-9e23-8b0926929e08..jpg

Eldəniz Zeynalovun doğulduğu gündür – FOTO

Baxış sayı: 483 dəfə baxılıb.

Eldəniz Zeynalovun doğulduğu gündür – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanın xalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun doğulduğu
gündür.

Cixisyolu.com xatırladır ki, Eldəniz Zeynalov 1 yanvar 1937-ci ildə anadan olub. Hələ
məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram
Tеatrında uşaq rоllarında çıхış еdib. 1956-1962-ci illərdə teatr İnstitutunda
aktyorluq təhsili alıb.

Tələbə ikən Eldar Quliyevin “Bir Cənub Şəhərində” filmində baş rollardan
birinə çəkilib. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. İlk
dəfə “Sevil” tamaşasında Gündüz rolunu oynayıb. Sоnralar tеatr və kinоda,
tеlеviziya və radiо tamaşalarında, “Mоzalan” satirik kinojurnalının bir çох
süjеtlərində yaddaqalan оbrazlar yaradıb.

Xarici film istehsalçılarının “Dulsineya Tobosskaya” (Mosfilm), “Təyyarələr
Enmədi” (Özbəkfilm) filmlərində çəkilib. 1974-cü ildə əməkdar artist adını
alıb, 1999-cu ildə “Humay” mükafatına layiq görülüb. 2000-ci ildə “Xalq
artisti” fəxri adına layiq görülən Eldəniz Zeynalov bir il sonra – 2001-ci il
noyabrın 5-də dünyasını dəyişib.

Xalq artisti Yasamal qəbiristanlığında dəfn edilib.

Eldəniz Zeynalovun ilk evliliyindən biri qızı, ikinci evliliyindən isə iki
oğlu və bir qızı olub. Oğlanları Məmməd Zeynalov aktyor, Elbrus Zeynalov isə
rejissorluq sənətini seçiblər. Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalov 2021-ci
il dekabrın 25-də uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Source link