783992bf-90f5-41a1-9447-e6f534cbe31a..jpg

Eldar Əzizov: “Prezident verdiyi sözün sahibidir” – FOTO

Baxış sayı: 657 dəfə baxılıb.

Eldar Əzizov: “Prezident verdiyi sözün sahibidir” – FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Kitab Mərkəzində “Vətən
müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının ərəb və fars dillərində
nəşrlərinin təqdimatı keçirilib.

BŞİH-dən bildirilib ki, mərasimdə ölkənin tanınmış ictimai-siyasi, elm və
mədəniyyət xadimləri, tarixçi alimlər, hərbiçilər, Millət Vəkilləri, Vətən
Müharibəsi veteranları və qazilər, Azərbaycandakı dini konfessiyaların
nümayəndələri, ali məktəb tələbələri və hərbi liseylərin kursantları iştirak
ediblər.

Tədbirin əvvəlində Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş
soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Kitab
Mərkəzinin rəhbəri Günel Anarqızı Vətən müharibəsində qazanılan Şanlı Qələbə və
onun tarixinə həsr edilən bu kitabın əhəmiyyəti barədə danışıb və kitabla bağlı
videoçarx nümayiş etdirilib.

Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar
Əzizov bildirib ki, bu kitab Vətən müharibəsinin tarixinə həsr olunan ilk
nəşrlərdən biridir. Kitabın əsas xüsusiyyəti Azərbaycanın Vətən müharibəsi
tarixini tamamilə yeni bir rakursdan, şəxsiyyət faktoru baxımından nəzərdən
keçirilməsindən ibarətdir. Yekdilliklə bir nəticəyə gəldik ki, bütün bu
uğurların, Şanlı Qələbənin kökündə şəxsiyyət faktoru -İlham Əliyev fenomeni
dayanır.

Tədbirdə Eldar Əzizov öz xatirələrini bölüşərək bildirib ki, 44 günlük Vətən
müharibəsindən sonra qazanılan Şanlı Qələbə münasibəti ilə Bakı şəhər
ictimaiyyəti adında ölkə başçısını təbrik edərkən prezident cavab olaraq
bildirib ki, “bu hələ harasıdır, siz görəcəksiniz, az qalıb. Vaxt gələcək
Xankəndi, Ağdərə və digər ərazilərdə də ölkəmizin suverenliyi tam bərpa
ediləcək və bütün cinayətkarlar məhkəmə qarşısında cavab verəcəklər”. Belə də
oldu. Mən uzun illər Prezident İlham Əliyevin rəhbərliyi altında işləyən şəxs
kimi bir daha şahidi oldum ki, prezident verdiyi sözün sahibidir”.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa
Həbibbəyli, AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov, Gəncə şəhəri
“İmamzadə” ziyarətgah kompleksinin imamı Tahir Abbaszadə və digər çıxış edənlər
artıq 6 dildə çap edilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru”
kitabının əhəmiyyətini qeyd edərək bu nəşrin Vətən savaşında qazanılan Şanlı
Qələbənin geniş təbliğində mühüm rol oynayacağını vurğulayıblar. Emosiyasız,
tarixi faktlar əsasında hazırlanan kitabın müəlliflərinin əsas məqsədi Vətən
müharibəsi və dahi sərkərdə haqqında həqiqətləri gələcək nəsillərə çatdırılması
olmuşdur.

Bildirilib ki, kitaba olan maraq nəzərə alınaraq qısa zaman ərzində Azərbaycan
dilindən əlavə ingilis, türk və rus dillərində tərcümə edilərək nəşrlərinin
geniş ictimai təqdimatı keçirilib. Bu gün isə ərəb və fars dilləri daxil
olmaqla artıq 6-cı dildə nəşrin təqdimatıdır. Kitabın rus və ingilis dillərində
nəşrləri dünyanın 100-ə yaxın ölkəsinin aparıcı kitabxanalarına göndərilib.
Hazırda kitabın çin dilinə tərcüməsi üzərində işlər aparılır və bu proses davam
etdiriləcək.

Sonda Xalq artisti Tünzalə Ağayeva çıxış edib və Vətənə həsr edilən mahnılar
ifa edib.

Source link