0cc525c4-944d-4d9c-aef3-13c87375bdf5..jpg

Eldar Namazov: “Ermənistan Qazaxın yeddi, Sədərəyin bir kəndini tez bir zamanda qaytarmalıdır”

Baxış sayı: 543 dəfə baxılıb.

Eldar Namazov: “Ermənistan Qazaxın yeddi, Sədərəyin bir kəndini tez bir
zamanda qaytarmalıdır”

“Ermənistanın işğalı altında olan Qazaxın yeddi, Sədərək rayonunun bir
kəndinin Azərbaycana qaytarılması məsələsi yaxın vaxtlarda öz həllini
tapmalıdır”.

“Report”un məlumatına görə, bunu Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin
direktoru, ulu öndər Heydər Əliyevin köməkçisi olmuş Eldar Namazov “Qarabağ
münaqişəsi yekunlaşdıqdan sonra Cənubi Qafqazın inkişafı” adlı onlayn
konfransda deyib.

“Ermənistan ərazilərimizi qaytarmalıdır. Bura Qazaxın yeddi və Sədərək
rayonunun bir kəndi daxildir. Ermənistan hələ də bu ərazilərə nəzarət edir. Bu
məsələlər yaxın vaxtlarda öz həllini tapmalı və Almatı Bəyannaməsinin
müddəalarının həyata keçirilməsinə qayıdılmalıdır. Ermənistanın baş naziri
Nikol Paşinyanın özünün dediyi kimi, 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsi
iki ölkə arasında sərhədlərin delimitasiyası prosesinin əsasını təşkil
etməlidir”, – o vurğulayıb.

E.Namazov “3+3” regional əməkdaşlıq formatının əhəmiyyətini də qeyd edib: “3+3
formulunu həm Rusiya, həm də Azərbaycan dəstəkləyir. Bu format diqqətə
layiqdir”.

Source link