Neftçalada yeniyetmə qızı elektrik cərəyanı vurub.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə bu gün saat 17:00 radələrində rayonun Boyat kəndində baş verib.
Kənd sakini, 2004-cü il təvəllüdlü Mirzəyeva Zərifə Mahir qızı evdə elektrik cihazını elektrik şəbəkəsinə qoşmaq istəyib. Bu zaman ehtiyatsızlıqdan elektrik cərəyanı onu vuraraq öldürüb.
Hazırda faktla bağlı araşdırma aparılır.