251eb0db-c890-4bc3-a893-9c8623a4a9aa..jpg

Elektromobil sürücülərinin DİQQƏTİNƏ: Qış fəslində enerji tutumu zəifləyir? – AÇIQLAMA + FOTO

Baxış sayı: 671 dəfə baxılıb.

Elektromobil sürücülərinin DİQQƏTİNƏ: Qış fəslində enerji tutumu zəifləyir? –
AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda bütün dünyada elektrik avtomobillərə keçid prosesi sürətlə gedir. Bu
məqamda elektromobillərin müsbət tərəfləri ilə bərabər, mənfi xüsusiyyətlərinin
olduğu haqqında da fikirlər ortaya atılır. Belə iddialardan biri də sosial
şəbəkələrin gündəminə çevrilib. Bildirilib ki, qış fəslində havaların soyuq
olması ilə bağlı avtomobildə isidici sistemlərdən intensiv istifadə edilir.
Elektromobillərdə isidici sistemlərin (kodisioner və s.) istifadəsi isə həm
mühərrikin gücünü, həm də elektromobillərin enerji tutumunu zəiflədir.

Maraqlıdır, həqiqətən, elektromobillərin bu cür mənfi xüsusiyyəti varmı?

Bununla bağlı Cixisyolu.com-a danışan ekspert Yasin Mustafayev özünün də elektromobil
istifadəçisi olduğunu vurğulayıb. Ekspert qeyd edib ki, elektromobillər
haqqında çoxlu miflər var:

“Elektrik mühərrikli maşınlarla əlaqədar düzgün olmayan məlumatlar çox
eşidirəm. Mən özüm də bu avtomobillərdən istifadə edirəm, amma kondisioner və
qızdırıcı ilə əlaqədar xoşagəlməz hallarla qarşılaşmamışam. Elektriklə işləyən
avtomobillərdə isitmə elektrik vasitəsilə təmin edilir. Digər avtomobillərdə
isə salonun istiliyi mühərrikin istiliyindən təmin olunur. Elektromobildə adi
elektriklə işləyən isidicidir. Bu sistem normal işləyir və mühərriklə də heç
bir əlaqəsi yoxdur. Yəni, avtomobilin batareyasındakı enerji həm hərəkətə
gətirir, həm də digər funksiyaların işləməsinə kömək edir. Beləliklə, isitmə
mühərrikin gücünü heç bir halda zəiflətmir.

Həm ekspert kimi, həm də iki ilə yaxındır elektromobil istifadəçisi kimi bunu
hamıya tövsiyə edirəm. Elektrikli avtomobillər həm komfortludur, həm də
qənaətcildir. Digər avtomobillərlə müqayisədə 80-90 faiz qənaət deməkdir.
Daxili yanma mühərrikləri olmadığından avtomobilin xarab olma ehtimalı da çox
azdır. Elektromobil batareya, elektrik mühərriki və “beyindən” ibarətdir, əlavə
xərc yaradan detallar yoxdur. Elektromobillərin guya mənfi cəhətləri haqqında
süni ajiotaj yaratmaqla, bundan istifadəni azaltmağa çalışırlar. Bu, çox güman
ki, digər yanacaq növlərinin aktual qalmasına nail olmaq üçün bu yollara əl
atırlar”.

Aysel Aslan

Source link