19c73efd-a333-4c8f-bbba-127c486d59ed.jpg

Elektromobillər üçün enerji doldurucuların idxalı və satışının ƏDV-dən azadolunma müddəti artırıldı

Baxış sayı: 273 dəfə baxılıb.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.

President.az xəbər verir ki,
bununla bağlı Prezidentİlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və
üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən
azadolunma müddəti 2027-ci il yanvarın 1-dək artırılıb.

Qeyd edək ki, dəyişiklikdən öncə bu müddət 2025-ci il yanvarın 1-dək
göstərilirdi.

Source link