Elektron Hökumətin İnkişafı Mərkəzinin hüquqi statusu müəyyənləşib

Elektron Hökumətin İnkişafı Mərkəzinin hüquqi statusu müəyyənləşib

Baxış sayı: 2. 463 dəfə baxılıb.

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

ÇıxışYolu.Com xəbər verir ki, dəyişikliyə əsasən “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Bununla da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı 3-ə çatıb. İndiyə qədər bu siyahıya “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət və “ABAD” publik hüquqi şəxs daxil olub.

Qeyd edək ki, “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Azərbaycan prezidenti İlham Əliyevin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 14 mart 2018-ci il tarixli fərmanına əsasən yaradılıb.

Fərmanda qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılsın.

www.ÇıxışYolu.Com