077b98d9-8115-442d-9668-de4c768893b5..jpg

Elektron resept kimlərə şamil olunmayacaq? – RƏSMİ AÇIQLAMA

Baxış sayı: 698 dəfə baxılıb.

Elektron resept kimlərə şamil olunmayacaq? – RƏSMİ AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dövlət tərəfindən pulsuz dərman preparatları ilə təmin olunan şəxslərə
elektron resept şamil olunmayacaq”.

Cixisyolu.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin Elektron səhiyyə
standartlarının və təsnifatlarının nəşriyyatı şöbəsinin müdiri Mövsümlü Kəbutər
açıqlayıb.

Onun sözlərinə görə, ödənişsiz şərtlərlə dərman almaq hüququna malik olan
şəxslər və ya onların qanuni nümayəndəsi yaşayış yeri üzrə poliklinikaya
müraciət edib, bu hüquqları təsdiq edilən əsas sənədləri təqdim etməlidirlər:

“Dərman preparatları ilə təmin olunma dövlət müalicə-profilaktika
müəssisələrinin aptek məntəqələri vasitəsilə həyata keçirilir. Pulsuz dərman
reseptləri yazmaq hüququ olan dövlət müalicə-profilaktika müəssisələrinin
siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.
Bir ödənişsiz reseptdə yalnız bir dərman preparatı yazılır”.

Source link