274a99df-54e2-4316-b97b-3aa0faaa6621..jpg

Əli Əhmədov: “Azərbaycan BMT qarşısında 100-120 milyon insan ölümünün qarşısını alacaq təşəbbüs irəli sürüb”

Baxış sayı: 770 dəfə baxılıb.

Əli Əhmədov: “Azərbaycan BMT qarşısında 100-120 milyon insan ölümünün
qarşısını alacaq təşəbbüs irəli sürüb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan BMT qarşısında Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) biri kimi
100-120 milyon insan ölümünün qarşısını alacaq təşəbbüs irəli sürüb”.

“APA-Economics” xəbər verir ki, bunu “Azərbaycanın 4-cü Könüllü Milli
Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, qadınların iqtisadi hüquq
və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü
DİM Dialoqunda çıxışı zamanı Baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, Azərbaycan minaların təmizlənməsindən irəli gələn bir məqsədi
BMT-nin qlobal əhəmiyyət kəsb edən bu proqramına daxil edilməsinin tərəfdarıdır:

“Hazırda dünyanın 60-70 ölkəsində piyada əleyhinə 100-120 milyon mina
basdırılıb. Bu isə BMT-yə daxil olan ölkələrin üçdə birində 100-120 milyon
insanın həyatının təhlükə altında olması deməkdir. Miqyasın böyüklüyü anlamaq
üçün bilmək lazımdır ki, koronavirus pandemiyası zamanı beynəlxalq
təşkilatların açıqladığı rəqəmlərə əsasən həyatını itirən insanların sayı 15
milyon nəfər olub”.

Əli Əhmədov əlavə edib ki, Azərbaycan da mina təhlükəsindən əziyyət çəkən
ölkələrdən biridir:

“Ölkə ərazisində 1,5 milyon mina basdırılıb və bunun nəticəsində dinc sakinlər
həyatını itirməkdə davam edir. Bu mənada Azərbaycan bu DİM məqsədini
dəstəkləyəcək”.

Source link